Şamaxıda Ətraf Mühit seminarı

baxılıb: 603

  • Tarix: 18-09-2009, 13:20
  • AzKİL-in Ətraf mühit silsiləsindən cari ilin İcma layihələrinin ətraf mühitə təsiri başlıqlı ikinci seminarı Şimal bölgəsinin Şamaxı şəhərində keçirildi. Seminarın açılışında çıxış edən AzKİL-in direktor müavini, Bacarıqların artırılması və İcma inkişafı üzrə menecer Gülbəniz Qənbərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional nümayəndəsi Sabir Məmmədov, Şimal Qərb zonası Proqram mütəxəssisi Akif Kərimov, AzKİL Köməkçi Heyətinin rəhbəri Kəmalə Ağayeva təbii sistemlərin mühafizə edilməsi və ətraf mühitin müvafiq keyfiyyətdə qorunub saxlanması, icmalarda sağlam ətraf mühitə qarşı məsuliyyətin yaranması, sosial infrastruktur layihələrin həyata keçirilməsində ətraf mühit problemləri barədə məlumat, biliklərin artırılmasına xidmət göstərən bu silsilə seminarların önəmliliyini qeyd edərək AzKİL-in ekoloji siyasətinin əsas istiqamət və yanaşma prinsiplərindən söhbət açdılar.

    Bölmələr: Press reziler

     

    Gəncədə Ətraf Mühit seminarı

    baxılıb: 576

  • Tarix: 16-09-2009, 13:01
  • İcmaların davamlı inkişafı üçün təbii sistemlərin qorunub saxlanması, onların bütövlüyü və həyattəminedici funksiyalarının dəstəklənməsi, həyat keyfiyyətinin yüksəldilməsi, əhalinin sağlamlığı və regionların ekoloji təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyətində önəmli yer tutmaqdadır.

    Bölmələr: Press reziler

     

    Hacıqasımlı icmasında "Əlavə sinif otaqlarının tikintisi" layihəsi

    baxılıb: 496

  • Tarix: 20-09-2008, 03:41
  • Hacıqasımlı icmasında "Əlavə sinif otaqlarının tikintisi" layihəsi

    19 sentyabr, 2008-ci il tarixdə Saatlı rayonunun Hacıqasımlı icmasında AzKİL-in həyata keçirdiyi növbəti icma layihəsinin açılış mərasimi düzənləndi. Həyata keçirilən Əlavə sinif otaqlarının tikintisi layihəsinin ümumi dəyəri 47074 ABŞ dollarıdır ki, bunun da 10%-ni icma payı kənd sakinlərinin nağd pul və əmək töhfəsi təşkil edir.

    Bölmələr: main, Press reziler

     

    Növbəti icma layihəsi başa çatdı

    baxılıb: 561

  • Tarix: 27-06-2008, 03:39
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdridiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) icma layihələrinə sərmayə qoymaqla əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq, infrastruktur xidmətlərindən istifadəni artırmaq məqsədini bacarıqla həyata keçirməyi davam etdirir.

    Bölmələr: Press reziler

     

    Bacarıqların Artırılması üzrə növbəti Regional Konfrans

    baxılıb: 569

  • Tarix: 20-06-2008, 03:38
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya layihəsinin (AzKİL) fəaliyyət istiqamətlərindən biri əməkdaşlıq etdiyi icmaların şəbəkəsini yaratmaqdır. İşini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar əlaqələrin yaradılması, qarşılıqlı yararlanma zəminində quran icma şəbəkəsinin tərkibində əhəmiyyətli yer tutan Bacarıqların artırılması üzrə Regional Konfranslar ildə bir dəfə hər bir layihə zonasında AzKİL-in dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən və icmalar üçün keçirilir.

    Bölmələr: Press reziler