İcma Səfərəbərliyi üzrə seminar

baxılıb: 604

  • Tarix: 19-03-2010, 13:52
  • Azərbaycan Kənd İnvestisiya Layihəsi ilə Məcburi köçkünlərin Sosial İnkişaf Fondunun birgə təşkil etdiyi İcma səfərbərliyinə həsr olunmuş Seminar 17-18 mart, 2010-ci il tarixləri əhatəsində keçirildi. Məqsədi İcma səfərbərliyi üzrə təcrübə, öyrənilmiş dərslərin bölüşdürülməsi, icma yönümlü inkişafın ən mükəmməl təcrübələri və səmərəli üsullarının təbliği olan mərasim ilk iş gününə Bakıda - MkSİF-in ofisində başladı. Tədbirdə Dünya Bankını nümayəndələri, hər iki tərəfin rəhbər heyəti və əməkdaşları bir araya gəldilər.

    Bölmələr: Press reziler

     

    Bacarıqların Artırılması üzrə Regional Konfranslar

    baxılıb: 640

  • Tarix: 4-02-2010, 13:46
  • Əməkdaşlıq etdiyi icmaların şəbəkəsini genişləndirmək "Azərbaycan Kənd İnvestisiya Layihəsi"nin önəmli fəaliyyət istiqamətlərindəndir. İşini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar əlaqələrin yaradılması, qarşılıqlı yararlanma zəminində quran icma şəbəkəsinin tərkibində əhəmiyyətli yer tutan Bacarıqların artırılması üzrə Regional Konfranslar il ərzində bir dəfə hər layihə zonasında AzKİL-in dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən və icmalar üçün keçirilir. AzKİL ilə əməkdaşlıq edən icmalar əldə olunan nailiyyətlər, mənimsənilmiş təcrübə, öyrənilmiş dərsləri müxtəlif təqdimatlar, çıxışlar, müzakirə sessiyaları, diskussiyalar vasitəsi ilə gündəmə gətirərək konfrans iştirakçıları ilə bölüşür, bu sahədə bilik və bacarıqlarını artırırlar.

    Bölmələr: Press reziler

     

    Kirən icmasında layihə açılışı

    baxılıb: 649

  • Tarix: 9-12-2009, 13:28
  • 07 dekabr, 2009-cu il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində icra olunan və Azərbaycan Hökuməti ilə Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) gerçəkləşdirdiyi digər növbəti icma layihəsinin açılış mərasimi Tovuz rayonunun Kirən icmasında düzənləndi.

    Bölmələr: Press reziler

     

    "Yol bərpası" layihəsinin açılışı

    baxılıb: 582

  • Tarix: 9-12-2009, 13:27
  • Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin həyata keçirdiyi və Azərbaycan Hökuməti ilə Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL - Əlavə Malyyələşdirmə) çərçivəsində həyata keçirilən ilk icma layihəsinin açılış mərasimi 07 dekabr 2009-cu il tarixində Tovuz rayonunun Xatınlı icmasında düzənləndi.

    Bölmələr: Press reziler

     

    “Yolun bərpası” layihəsinin açılışı

    baxılıb: 592

  • Tarix: 9-12-2009, 13:23
  • Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin həyata keçirdiyi və Azərbaycan Hökuməti ilə Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində həyata keçirilən daha bir icma layihəsinin açılış mərasimi 8 dekabr 2009-cu il tarixində Gədəbəyy rayonunun Samanlıq icmasında düzənləndi.

    Bölmələr: Press reziler