İcma Layihələrində Gender İştirakı

baxılıb: 611

  • Tarix: 7-03-2012, 13:58
  • 6 mart, 2012-ci il taixdə Azərbaycan Kənd İnvestisiya Layihəsi İcma layihələrində gender iştirakı mövzusunda regional konfrans təşkil etdi. AzKİL-in fəaliyyət əhatəsində yer tutan Şimal-Qərb zonasının Bərdə şəhərində düzənlənən tədbirdə əməkdaşlıq edilən icmaların (Otuzikilər, Mirzəcəfərli, Qaradəmirçi, Lək, Əlyanlı, Qayabaşı, Kiş, Almalı, Turaclı, Tofiqi, Padar və s.), bələdiyyə orqanlarının nümayəndələri iştirak etdilər. Konfrans demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla addımlayan Azərbaycan Respublikasının qadın hüquqlarının gündən-günə genişləndirilməsi yönündə həyata keçirdiyi dəyərli fəaliyyət sferasına AzKİL-dən layiqli töhfə oldu.

    Bölmələr: Press reziler

     

    "İcma Layihələrinin Dayanıqlığı" konfransı

    baxılıb: 472

  • Tarix: 2-03-2012, 13:57
  • Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyətində İcma layihələrinin dayanıqlığı mövzusundakı konfranslar mühüm yer tutur. Tamamlanmış icma layihələrinin işlək, istifadəyə yararlı vəziyyətdə saxlanılıb fəaliyyətin və ya əldə olunmuş nailiyyətin uzun müddət davam edərək növbəti mərhələlərə keçirilməsi prosesi olan davamlılığın gündəmə gətirilməsi, tamamlanma prosesindən sonra layihələrin daha yaxşı qorunması istiqamətində aparılan fəaliyyətlərin təqdimi, bu sferada müzakirələrin təşkili və icmalararası qarşılıqlı təcrübə mübadiləsinin aparılması bu konfransların məramını təşkil edir.

    Bölmələr: Press reziler

     

    Bacarıqların Artırılması üzrə Regional Konfranslar

    baxılıb: 492

  • Tarix: 1-03-2012, 13:56
  • Azərbaycan Kənd İnvestisiya Layihəsinin dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən il ərzində bir dəfə hər layihə zonasında keçirilən Bacarıqların Artırılması üzrə Regional Konfranslar işini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar münasibətlərin yaradılması və davamı, qarşılıqlı yararlanma zəminində qurmaqdadır. AzKİL-in önəmli fəaliyyət istiqamətlərindən olan İcma Şəbəkəsinin tərkibində müstəsna mövqeyə sahib Bacarıqların Artırılması üzrə Regional Konfranslarda icmalar əldə olunan nailiyyətlər, mənimsənilmiş təcrübə, öyrənilmiş dərsləri müxtəlif təqdimatlar, çıxışlar, müzakirə sessiyaları, diskussiyalar vasitəsi ilə gündəmə gətirərək tədbir iştirakçıları ilə bölüşür, icma inkişafı sahəsində bilik və bacarıqlarını artırırlar. AzKİL Layihə İdarəetmə Qrupu Köməkçi Heyəti Şimal (İsmayıllı), Şimal-Qərb (Gəncə) zonalarında Bacarıqların Artırılması üzrə növbəti Regional Konfranslar təşkil etdi.

    Bölmələr: Press reziler

     

    "İçməli Su Təminatı" layihələrinin açılışı

    baxılıb: 551

  • Tarix: 22-12-2011, 13:55
  • 21 dekabr, 2011-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi və Azərbaycan Hökuməti ilə Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) gerçəkləşdirdiyi növbəti icma layihələrinin açılış mərasimi İsmayıllı rayonunun Mollaisaqlı və Hacıhətəmli icmalarında düzənləndi. Hər iki kənddə həyata keçirilən İçməli su təminatı layihələrindən ümumilikdə 5300 nəfərə yaxın kənd sakinləri faydalanacaqlar.

    Bölmələr: Press reziler

     

    IV Zonalararsı Qarşılıqlı Görüşlər Sessiyası

    baxılıb: 665

  • Tarix: 15-06-2010, 13:53
  • Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi "Azərbaycan Kənd İnvestisiya Layihəsi" çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi fəaliyyətini icmaların bacarıqlarının artırılması, mənimsənilməsi, biliklərin yayılması, qazanılmış təcrübələrin bölüşdürülməsi, inteqrasiya, qarşılıqlı yararlanma kimi önəmli məqsədlər əsasında qurur. Qarşıdakı məqsədlərinə nail olmaqla icma şəbəkəsini genişləndirməyi hədəfləyən IV Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası 06 - 14 iyun tarixlərində növbəti işini Quba - İsmayıllı - Şamaxı - Bərdə - Goranboy - Göygöl - Gədəbəy - Tovuz - Gəncə - Naxçıvan xəttində uğurla icra etdi. Burada yaranan dialoqlar, qurulan işgüzar əlaqələr icma layihəsinin uğurla həyata keçirilməsində, icma üzvlərində özünəinam, güvən hissinin daha da yüksəlməsində güclü stimul rolu oynayır.

    Bölmələr: Press reziler