Ətraf Mühit Seminarı

baxılıb: 605

  • Tarix: 14-02-2013, 14:22
  • 12 fevral, 2013-cü il tarixdə, Muğan-Salyan zonasının Sabirabad şəhərində AzKİL2-nin Ətraf Mühit mövzusunda Seminarı düzənləndi. Tədbirə əməkdaşlıq edilən 23-ə yaxın icmanın (II Şahsevən, Aşıqlı-1, Araz, Gələbədin. Qiyaməddinli,Varxankənd, Qıraqlı, Nəsimikənd, Kovlar, Qızılkənd, Aranlı, Məmmədli və s.) 70-dən çox nümayəndəsi, yerli icra və bələdiyyə orqanlarının rəsmiləri qatılıb.

    Bölmələr: Press reziler

     

    "İcma Layihələrinin Dayanıqlığı" konfransı

    baxılıb: 621

  • Tarix: 20-01-2013, 14:03
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma layihələrinin dayanıqlığı" silsiləsindən növbəti konfransı 18 yanvar, 2013-cü il tarixdə Şimal zonasının İsmayıllı rayonunda təşkil olundu. Göyçay, Ağsu, Qəbələ, İsmayıllı rayonlarının 20-yə yaxın icmasından 70-dən çox nümayəndənin iştirak etdiyi tədbirin əsas məqsədi icma qurupları və həyata keçirilmiş layihələrin dayanıqlığının təmin olunması, effektiv İstismar Planının hazırlanması üzrə təcrübə mübadiləsinin aparılması, mövcud qüsurların aradan qaldırılması, gələcək perspektivlərin müəyyənləşdirilməsi idi.

    Bölmələr: Press reziler

     

    Ətraf Mühit Seminarı

    baxılıb: 521

  • Tarix: 18-01-2013, 14:02
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin növbəti Ətraf Mühit Seminarı 16 yanvar, 2013-cü il tarixdə, Şimal zonasının İsmayıllı şəhərində keçirildi. Tədbirdə əməkdaşlıq edilən 20-yə yaxın icmanın (Ləkçıplaq, Şəkər, Qaraməryəm, Qaraqaşlı, Ərəbuşağı, Pirhəsənli, Hüşün, Həmzəli, Mıxlıqovaq, Ruşan, Soltankənd və s.) 70-dən çox nümayəndəsinin, yerli icra və bələdiyyə orqanlarının rəsmiləri iştirak etdi.

    Bölmələr: Press reziler

     

    İkinci Kənd İnvestisiyaları Layihəsinin Ətraf Mühit Seminarları start aldı

    baxılıb: 462

  • Tarix: 12-01-2013, 14:01
  • İcmaların davamlı inkişafı üçün təbii sistemlərin qorunub saxlanması, onların bütövlüyü və həyattəminedici funksiyalarının dəstəklənməsi, həyat keyfiyyətinin yüksəldilməsi, əhalinin sağlamlığı və regionların ekoloji təhlükəsizliyinin təmin edilməsi İkinci Kənd İnvestisiyaları Layihəsinin fəaliyyətində önəmli yer tutur. Regional infrastrukturun davamlı inkişafı sahəsində layihələrin hazırlanması, onların müzakirə, qəbul və gerçəkləşdirilməsində milli sərvətimizin ən qiymətli komponenti olan ətraf mühitin mühafizəsi və bərpası, onun çirklənməsinin azaldılması, ekoloji təhsil, maarifləndirmə məsələlərinə işıq tutan, AzKİL-in ekologiya sferasındakı siyasətinin göstəricisi olan Ətraf Mühit Seminarları növbəti işinə start verərək öz əhəmiyyətliliyini bir daha təsdiqləyib.

    Bölmələr: Press reziler

     

    "İcma Layihələrinin Dayanıqlığı" konfransı

    baxılıb: 717

  • Tarix: 11-01-2013, 13:59
  • İkinci Azərbaycan Kənd İnvestisiyal Layihəsi 10 yanvar, 2013-cü il tarixdə Bərdə şəhərində (Şimal-Qərb zonası) “İcma layihələrinin dayanıqlığı” mövzusunda konfrans təşkil etdi. Tədbirdə Goranboy, Tərtər, Bərdə, Göygöl, Tovuz, Qazax rayonlarının 50-yə yaxın icmasından 70-dən çox nümayəndə bir araya gəldi.

    Bölmələr: Press reziler