NAXÇIVANDA BACARIQLARIN ARTIRILMASI ÜZRƏ II REGİONAL KONFRANS KEÇİRİLMİŞDİR

baxılıb: 612

  • Tarix: 30-03-2007, 14:59
  • Martın 29-da Naxçıvan şəhərində bölgədə AzKİL-in dəstəyilə fəaliyyət göstərən icmaların 100-dən artıq nümayəndəsinin iştirakı ilə Regional Bacarıqların Artırılması Konfransı keçirilmişdir. Tədbiri Naxçivan RƏO və Naxçıvan Aqrobiznes MMC təşkil etmişdilər. Konfransın işində AzKİL-in direktor müavini, İcma İnkişafı meneceri Gülbəniz Qənbərova iştirak etdi.

    Bölmələr: Press reziler

     

    I MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    baxılıb: 734

  • Tarix: 19-01-2007, 22:25
  • 2007-ci ilin yanvarın 17-18- də Saatlı şəhərində AzKİL-in Layihə İdarəetmə Qrupunun (LİQ) təşəbbüsü və maliyyə dəstəyi ilə I Milli İcma İnvestisiya Konfransı keçirilmişdir. Tədbirin məqsədi AzKİL-in İcma İnkişafı layihəsinin tərəfdaşlarınin və beynalxalq və yerli QHT-lər dəstəyi ilə respublikada fəaliyyət göstərən digər icmaların əldə etdikləri ən yaxşı təcrübələrin bölüşdürülməsi, müxtəlif icma təşəbbüslərindən qarşılıqlı faydalanmaya xidmət etməsinə nail olmaq, digər tərəfdən isə, potensial donorları bir araya gətirmək, icmalara qoyulan investisiyaların səmərəli istifadəsi barədə fikir mübadiləsi aparmaq, icma investisiyalarının sosial, ətraf mühitə təsiri və texniki aspektlərinin müzakirə etmək idi.

    Bölmələr: Press reziler

     

    BACARIQLARIN ARTIRILMASINA HƏSR OLUNMUŞ NÖVBƏTİ REGİONAL KONFRANS GÖYÇAYDA KEÇİRİLDİ

    baxılıb: 549

  • Tarix: 11-11-2006, 22:22
  • Noyabrın 10-da Göyçayda AzKİL İdarəetmə Qrupunun Köməkçi Heyətinin (KH) təşkilatçılığı ilə Düzən-Şirvan zonası icmalarının Bacarıqların Artırılması üzrə Regional Konfransı keçirilmişdir. Tədbirdə bölgənin 16 icmasından nümayəndələr, LİQ, KH əməkdaşları, hər üç zonanın RƏO və Xidmət Təchizatçısı təşkılatlarının təmsilçiləri daxil olmaqla 90 nəfərdən artıq iştirakçı iştirak etdi.

    Bölmələr: Press reziler

     

    BACARIQLARIN ARTIRILMASI ÜZRƏ NÖVBƏTİ KONFRANS NAXÇIVANDA KEÇİRİLDİ

    baxılıb: 673

  • Tarix: 4-11-2006, 22:21
  • 03 noyabr, 2006-cı il tarixdə Naxçıvan şəhərində Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Layihənin İdarəetmə Qrupu və Naxçıvan AqroBiznes MMC-nin təşkilatçılığı ilə növbəti Regional Bacarıqların Artırılması konfransı keçirilmişdir.

    Bölmələr: Press reziler

     

    MUĞAN SALYANDA BACARIQLARIN ARTIRILMASI ÜZRƏ KONFRANS KEÇİRİLDİ

    baxılıb: 672

  • Tarix: 21-10-2006, 22:20
  • Oktyabrın 20-də AzKİL-in fəaliyyət göstərdiyi bölgələrin birində - Muğan-Salyan zonasında Regional Bacarıqlarin Artırılması Konfransı keçirilmişdir. AzKİL və ELAT Aqrobiznes Konsaltinq Mərkəzinin birgə təşkil etdikləri tədbirdə 30-dan artıq icmanın 100-ə yaxın nümayəndəsi iştirak etdi.

    Bölmələr: Press reziler