» Press reziler » Bacarıqların Artırılması üzrə Regional Konfranslar

 
 
 

Bacarıqların Artırılması üzrə Regional Konfranslar

Baxılıb: 491

  • Tarix: 1-03-2012, 13:56
  • Azərbaycan Kənd İnvestisiya Layihəsinin dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən il ərzində bir dəfə hər layihə zonasında keçirilən Bacarıqların Artırılması üzrə Regional Konfranslar işini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar münasibətlərin yaradılması və davamı, qarşılıqlı yararlanma zəminində qurmaqdadır. AzKİL-in önəmli fəaliyyət istiqamətlərindən olan İcma Şəbəkəsinin tərkibində müstəsna mövqeyə sahib Bacarıqların Artırılması üzrə Regional Konfranslarda icmalar əldə olunan nailiyyətlər, mənimsənilmiş təcrübə, öyrənilmiş dərsləri müxtəlif təqdimatlar, çıxışlar, müzakirə sessiyaları, diskussiyalar vasitəsi ilə gündəmə gətirərək tədbir iştirakçıları ilə bölüşür, icma inkişafı sahəsində bilik və bacarıqlarını artırırlar. AzKİL Layihə İdarəetmə Qrupu Köməkçi Heyəti Şimal (İsmayıllı), Şimal-Qərb (Gəncə) zonalarında Bacarıqların Artırılması üzrə növbəti Regional Konfranslar təşkil etdi.
    27 və 29 fevral, 2012-ci il tarixlərdə Şimal (İsmayıllı), Şimal-Qərb (Gəncə) zonalarında AzKİL Layihə İdarəetmə Qrupunun Köməkçi Heyəti Bacarıqların Artırılması üzrə növbəti Regional Konfranslar təşkil etdi. Silsilə tədbirlərinə AzKİL-in maliyyələşdirdiyi bu iqtisadi zonalardan 30-a yaxın icmanın 100-dən çox nümayəndəsi qatıldı. Konfrans açılışlarında AzKİL-in direktoru Sübhan Əsgərov, AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, İsmayıllı rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rövşən Ağayev, AzKİL Köməkçi Heyətinin rəhbəri Kəmalə Ağayeva, Proqram mütəxəssisləri Akif Kərimli (Şimal), Fəridə Eminova (Şimal-Qərb) çıxış etdilər, icma inkişafında biliklərin əldə edilməsi, təcrübələrin bölüşdürülməsi, bacarıqların artırılmasının mühüm əhəmiyyətliliyini vurğulayıb, icma inkişafının geniş vüsət aldığı dövrdə hökumətin Azərbaycan xalqına diqqətinin parlaq təzahürü olan AzKİL-in 2005-20012-ci illəri əhatə edən fəaliyyətindən, hal-hazırda AzKİL-2-nin icrasıyla bağlı Dünya Bankı ilə davam etdirilən işgüzar əməkdaşlıqdan geniş söhbət açdılar. Çıxışlarda respublika Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə regionların sosial-iqtisadi inkişafı sahəsində aparılan islahatlar, regionların inkişafına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, infrastruktur xidmətlərindən istifadəni yaxşılaşdırmağa yönələn dövlət proqramları arasında ictimaiyyət tərəfindən böyük təqdir qazanmış AzKİL-in xüsusi mövqeyi, habelə icma şəbəkələşməsi çərçivəsində görülən işlər, qazanılmış nailiyyətlər əks etdirildi.
    Ardından konfrans iştirakçılarının icmalarda həyata keçirilən layihələrlə, texniki icra zamanı əldə edilmış təcrübə və öyrənilmiş dərslərlə daha yaxından tanış olmaları üçün paralel qruplar halında sessiyalar təşkil olundu.Şəmsiyyə Əhmədova (İsmayıllı rayonu, Diyallı icması, İLK üzvü) Səfərbərliyin icmaya gətirdiyi müsbət yeniliklər, Hacağa Hüseynov (Ağsu rayonu, Ərəbmehdibəy icması, İLK üzvü) Icma layihələrinin istismarı və dayanıqlığı, Kazım İsmayılov (Goranboy rayonu, Ağamalıoğlu icması, İLK sədri) İcma layihələrində sosial iştirak və Əfruz Babayeva (Tərtər rayonu, Sarov icması, İLK üzvü) AzKİL ilə əməkdaşlıq nəticəsində icmada qadın fəallığının artması və bu fəallığın icma inkişafına təsiri mövzularındakı təqdimatlarını konfrans iştirakçılarının nəzərinə çatdırdılar.Paralel qruplar halında keçirilən sessiyalardan sonra çatdırılan təqdimatlar ətrafında müzakirələr aparıldı. Əməkdaşlıq edilən icmaların inteqrasiyaya müvəffəqliliyi, icra strukturları ilə əlaqələrin irəliləməsi, liderlik xüsusiyyətlərinin özəlliklə təqdimat və çıxışlarda üzə çıxması, müsbət keyfiyyətlərin icma üzvləri tərəfindən əxzinin gələcək layihələrin həyata keçirilməsində faydalılığı, sahibkarlıq və özünəinam hissinin yüksək səviyyəsi, öyrənilmiş dərslərdən yetərincə dərs almaq, təqdimatetmə bacarıqlarının təkmilləşməsi, qadınların icma inkişafında yaxın iştirakının mütləqliliyi, eləcə də qadın liderlərin təcrübəlrindən yararlanmaq kimi xüsuslar interaktiv müzakirələrdə nəticə və faydalı cəhətlər kimi irəli sürüldü. Konfrans iştirakçıları qrup təqdimatlarından sonra çıxışlar ətrafında aparılan müzakirələrin nəticələrini icmaların gələcək fəaliyyətində tətbiq etmək üçün tövsiyyələr hazırlayaraq, icmalardakı uğur və uğursuzluqlardan bəhs edib, öyrənilmiş dərslər haqqında qarşılıqlı söhbət açdılar.
    Təqdimatçılarla aparılan sual-cavab diskussiyasının ardından qrup işlərinin nəticələri barəsində fasilitatorlar iştirakçılara ətraflı məlumat verdilər. Həyata keçirilən layihənin dayanıqlığı və istismarının düzgün təşkili, nəzarət edilməsində icma və bələdiyyə üzvləri, icra nümayəndəliyindən ibarət komissiyanın fəaliyyəti, icma töhfəsinin yığılmasında şəffaflığın artırılması və bu sahədə bütün təbliğat vasitələrindən istifadənin vacibliyi, qadınların icma işinə daha yaxından cəlbinin böyük səmərə verdiyi bildirildi. Sosial qrupların icma işinin bütün mərhələlərində fəal iştirakına nail olmaq, ağsaqqal və nüfuzlu insanların dəstəyindən yararlanmaq, problemlərin həllində gənc nəslin nümayəndələrinə xüsusi imkan yaratmaq, texniki təhlükəsizliyə, ətraf mühitin qorunmasına diqqət yetirmək və bu kimi məsələlərin zəruriliyi də özəlliklə qeyd edildi.Təqdimat müzakirələrində Şimal zonasının icma nümayəndələri Rafael Məlikov (Qəbələ rayonu, Mıxlıqovaq icması, İLK sədri), Əmir Cəfərov (Həmzəli icması, İLK sədri), Qismət Cəlilov (Yenişanlı icması, İLK üzvü), Seymur Nəsirov (Ağsu rayonu, Ləngəbiz icması, İLK üzvü), Şahbaba Qənbərov (Qəşəd icması, İLK üzvü), Almarə Rüstəmova (İsmayıllı rayonu, Diyallı icması, İLK üzvü), Ənarə Abdullayeva (Soltankənd icması, İLK üzvü), Azər Bağırov (Təzəkənd icması, İLK üzvü) və Şimal-Qərb zonasının icma təmsilçiləri Adil Qarayev (Göygöl rayonu, Xaqani icması, İLK üzvü), İsmayıl Orucov (Mollacəlilli icması, İLK sədri), İnqilab Hətəmov (Tərtər rayonu, Sarov icması, İLK üzvü), Lamiyə Məmmədova (Goranboy rayonu, Rəhimli icması, İLK sədri), Qızbəs Alıyevanın (Baxçakürd icması, İLK üzvü) çıxışları tədbirlərin diqqət çəkən məqamlarından oldu. Konfransların qiymətləndirilməsi hissələrindən sonra AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova Bacarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən olan növbəti toplantıları yekun nitqi ilə başa çatdırdı.
    AzKİL-in icma inkişafı sahəsində icmaların bilik və bacarıqlarının artırılmasına xidmət edən Bacarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən olan tədbirlər bu dəfə də müvəffəqiyyətlə baş tutaraq qarşıya qoyduğu məqsədinə nail oldu.

    Bölmələr: Press reziler