» Press reziler » "Yol bərpası" layihəsinin açılışı

 
 
 

"Yol bərpası" layihəsinin açılışı

Baxılıb: 619

  • Tarix: 9-12-2009, 13:27
  • Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin həyata keçirdiyi və Azərbaycan Hökuməti ilə Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL - Əlavə Malyyələşdirmə) çərçivəsində həyata keçirilən ilk icma layihəsinin açılış mərasimi 07 dekabr 2009-cu il tarixində Tovuz rayonunun Xatınlı icmasında düzənləndi. Həyata keçirilən Yolun bərpası layihəsi 45 gün müddət ərzində yekunlaşmış, istifadəyə verilən 9100 m.yoldan 3156 nəfərə yaxın kənd əhalisi və dolayısı olaraq qonşu Qaraxanlı və Qədirli icması da bəhrələnəcəkdir.
    Layihənin açılışında Dünya Bankının AzKİL üzrə Tapşırıq qrupunun rəhbəri Satoşi İşihara, Azərbaycan Respublikası Milli Məclisin millət vəkilləri Qənirə Paşayeva, Nazim Məmmədov, Azərbaycan Kənd İnvestisiya Layihəsinin Direktoru Sübhan Əsgərov, AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması uzrə menecer Gülbəniz Gənbərova, Şimal-Qərb RƏO Proqram mütəxəssisi Fəridə Eminova çıxış etdilər, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində icra olunan dövlət proqramları arasında Azərbaycan Kənd İnvestisiya Layihəsinin təqdirəlayiq xidmətlərini vurğulayaraq, bu layihənin həyata keçirildiyi Xatınlı icmasının sakinlərini təbrik etdilər. Xatınlı kənd bələdiyyə sədri Tapdıq Ələsgərov, İcma Layihə Komitəsinin sədri Rəfi Cəfərov sakinlərin ehtiyacına dövlət qayğısı olan AzKİL-ə Yolun bərpası layihəsinin ərsəyə gəlməsində göstərdiyi yardım və xidmətə görə minnətdarlıqlarını bildirərək, onun kənd ərazilərinin dayanıqlı inkişafındakı ölçüyəgəlməz fəaliyyətindən söhbət açdılar.
    Ardından açılış lenti kəsildi və layihəyə baxış keçirildi. Daha sonra isə Xatınlı özfəaliyyət ansamblının hazırladığı bədii hissə təqdim olundu. Açılış mərasimində iştirak edən televiziya kanalları əməkdaşlarının hazırladıqları reportajlar həmin axşam yayımlandı.
    Azərbaycan Kənd İnvestisiya Layihəsi ilkin mərhələdə - 2005-2008-ci illəri əhatə edən dövrdə icmalarda yerli infrastruktura investisiya qoymaqla infrastruktur xidmətlərini artırmaq, yoxsulluğu azaltmaq və öz resurslarından yararlanaraq problemləri müəyyənləşdirmək, prioritetləri seçmək və həyata keçirmək üçün səfərbərlik, təlimlər vasitəsilə əhalinin bacarıqlarının artırılmasını hədəfləyən fəaliyyət proqramını uğurla başa vuraraq 340 icma layihəsi (140 yol, 69 içməli su, 43 elektrik,19 məktəb, 25 suvarma, 28 tibb məntəqəsi, 14 drenaj, 2 piyada körpüsü ) həyata keçirmişdir. Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün bağlanmış Əlavə Maliyyələşdirmə Sazişi 12 iyun 2009-cu il tarixindən qüvvəyə mindikdən sonra yeni fəaliyyət mərhələsinə qədəm qoyan AzKİL öncəki dövrdə qazandığı nailiyyətlərin, respublikada geniş vüsət alan icma hərəkatının düzgün formalaşması, inkişafı və davamlılığının təmini istiqamətində yürütdüyü missiyasının davamına başlamış, əhatə etdiyi Şimal, Şimal-Qərb və Naxçıvan MR iqtisadi zonalarında 2009-2012-ci illər ərzində 250 icma layihəsinə imza atmağı qarşısına məqsəd qoymuşdur.

    Bölmələr: Press reziler