» Press reziler » Şamaxıda Ətraf Mühit seminarı

 
 
 

Şamaxıda Ətraf Mühit seminarı

Baxılıb: 483

  • Tarix: 18-09-2009, 13:20
  • AzKİL-in Ətraf mühit silsiləsindən cari ilin ”İcma layihələrinin ətraf mühitə təsiri” başlıqlı ikinci seminarı Şimal bölgəsinin Şamaxı şəhərində keçirildi. Seminarın açılışında çıxış edən AzKİL-in direktor müavini, Bacarıqların artırılması və İcma inkişafı üzrə menecer Gülbəniz Qənbərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional nümayəndəsi Sabir Məmmədov, Şimal Qərb zonası Proqram mütəxəssisi Akif Kərimov, AzKİL Köməkçi Heyətinin rəhbəri Kəmalə Ağayeva təbii sistemlərin mühafizə edilməsi və ətraf mühitin müvafiq keyfiyyətdə qorunub saxlanması, icmalarda sağlam ətraf mühitə qarşı məsuliyyətin yaranması, sosial infrastruktur layihələrin həyata keçirilməsində ətraf mühit problemləri barədə məlumat, biliklərin artırılmasına xidmət göstərən bu silsilə seminarların önəmliliyini qeyd edərək AzKİL-in ekoloji siyasətinin əsas istiqamət və yanaşma prinsiplərindən söhbət açdılar. Azərbaycan Kənd İnvestisiya Layihəsinin Ətraf Mühit üzrə məsləhətçisi Telman Zeynalov Azərbaycan Hökuməti və Dünya Bankının ekologiya sahəsində vahid siyasətinin uzunmüddətli dövr üçün yürüdülməsinin məqsəd və vəzifələri haqqında məlumat verdi, ekosistemin mühafizəsinə nəzarət sahəsində görülən işlərdən, icma layihələrinin icrası zamanı ətraf mühitin qorunmasının çeşidli aspektlərindən danışdı, seminar iştirakçılarının suallarına cavab verdi. Təqdimat ətrafındakı müzakirələrdə Ağsu rayonu Bico İLK sədri Yaşar Qarayev, Pirhəsənli kənd monitorinq qrupunun üzvü Xalidə Zərbəliyeva, Qobustan rayonu Təklə ərazi icra nümayəndəsi Gülbala Bayramov, Cəyirli İLK sədri Qardaşbala Təhməzov, Şamaxı rayonu Çaylı ərazi icra nümayəndəsi Nizami Tapdıqov yaxından iştirak edərək bu qlobal məsələ liə bağlı fikir, təklif və rəylərini çatdırdılar.

    Müzakirələrin ardınca AzKİL Köməkçi Heyətinin Baş təlimçisi Tünzalə Hacıyevanın ətraf mühit sferasında mənimsənilmiş ən yaxşı təcrübə, öyrənilmiş dərsləri, qazanılmış nailiyyətləri əks etdirən və diqqətlə qarşılanan çıxışı dinlənildi. Daha sonra Azərbaycan Kənd İnvestisiya Layihəsinin ətraf mühitə həsr olunmuş ikinci regional seminarı işini başa çatdırdı.

    Bölmələr: Press reziler