» Press reziler » Növbəti icma layihəsi başa çatdı

 
 
 

Növbəti icma layihəsi başa çatdı

Baxılıb: 575

  • Tarix: 27-06-2008, 03:39
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdridiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) icma layihələrinə sərmayə qoymaqla əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq, infrastruktur xidmətlərindən istifadəni artırmaq məqsədini bacarıqla həyata keçirməyi davam etdirir. Bu missiya ilə ölkədə yoxsulluğu azaltmaq və yerli səviyyədə öz resurslarından istifadə edərək problemləri müəyyənləşdirmək, prioritetləri seçmək və tətbiq etmək üçün əhalinin bacarıqlarını artırmağa çalışan AzKİL, fəaliyyət göstərdiyi zonalarda 2005-ci ildən bu günə qədər 259 icma layihəsi həyata keçirmişdir və hazırda 61 icma layihəsi icra mərhələsindədir. Ümumilikdə isə AzKİL-in maliyyə dəstəyi ilə 1 milyona yaxın insanın faydalanacağı, 340 icma layihəsinin tamamlanması nəzərdə tutulur. İçməli su təminatı, suvarma su xəttinin çəkilməsi və bərpası, yol bərpası, məktəb tikintisi və təmiri icrası bitmiş layihələr arasında müstəsnalıq təşkil edir.

    Belə layihələrdən birinin - Göyçay rayonunun Ləkçıplaq icmasında AzKİL-in maliyyə dəstəyi ilə həyata keçirilən "Yolun bərpası" icma layihəsinin 25 iyun 2008-ci il tarixdə açılış mərasimi düzənləndi. Bu layihənin ümumi dəyəri 39 642 ABŞ dollarıdır ki, bunun da 10%-ni icma töhfəsi kənd sakinlərinin nağd pul və əmək töhfəsi təşkil edir. Bərpa olunmuş 5,5 km. yoldan 6000 nəfərə yaxın kənd əhalisi faydalanacaq.

    Layihənin açılışında Azərbaycan Kənd İnvestisiya Layihəsinin Direktor müavini, İcma inkişafı və Bacarıqların artırılması üzrə menecer Gülbəniz Qənbərova, Nazirlər Kabinetinin Dövlət zəmanəti ilə alınan kreditləri, texniki yardım və qrantların alınması üzrə işlərin əlaqələndirilməsi şöbəsinin məsləhətçisi Samir Ağabalayev çıxış etdilər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatların uğurlu nəticələri, regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən proqramlar sırasında Azərbaycan Kənd İnvestisiya Layihəsinin əvəzsiz xidmətəlrini vurğulayaraq bu layihənin həyata keçirildiyi Ləkçılpaq icmasının sakinlərini təbrik etdilər. İcra hakimiyyətinin nümayəndəsi Aydın Əliyev, icma lideri Salam Mahmudov çıxışlarında kənd sakinlərinin ehtiyacına Dövlət qayğısı olan AzKİL-ə Yolun bərpası layihəsinin ərsəyə gəlməsində göstərdiyi yardım və xidmətə görə təşəkkür etdilər, kənd ərazilərinin dayanıqlı inkişafındakı ölçüyəgəlməz fəaliyyətindən bəhs etdilər. Açılış mərasimindən sonra Ləkçılpaq kəndinin özfəaliyyət ansamblı konsert proqramı ilə çıxış etdi.

    Mərasimdə iştirak edən televiziya kanalları əməkdaşlarının hazırladıqları reportajlar həmin axşam yayımlandı, Azər-Tac informasiya Agentliyi tədbirlə bağlı məlumat yaydı.

    Bölmələr: Press reziler