» Press reziler » III Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası

 
 
 

III Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası

Baxılıb: 584

  • Tarix: 6-05-2008, 03:37
  • Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi fəaliyyətini icmaların bacarıqlarının artırılması, mənimsənilməsi, biliklərin yayılması, qazanılmış təcrübənin bölüşdürülməsi, inteqrasiya, qarşılıqlı yararlanma kimi önəmli məqsədlər əsasında qurur. Qarşıdakı məqsədlərinə nail olmaqla icma şəbəkəsini genişləndirməyi hədəfləyən III Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası 29 aprel - 03 may tarixlərində növbəti işini İmişli Göycay - (Bakı) Naxçıvan xəttində uğurla icra etdi. Burada yaranan dialoqlar, qurulan işgüzar əlaqələr icma layihəsinin uğurla həyata keçirilməsi, icma üzvlərində özünəinam, güvən hissinin daha da yüksəlməsində güclü stimul rolu oynayır.

    Sessiyanın açılış seminarı İmişlidə keçirildi. Rayon İcra Hakimiyyəti başçısının I müavini Səfa Ağayev iştirakçıları salamladıqdan sonra son illər İmişlidə aparılan quruculuq işlərindən, regionların sosial-iqtisadi inkişafında AzKİL-in əvəzsiz xidmətlərindən danışdı, tamamlanmış (32 layihə) və icrada olan layihələrdən bəhs edərək sessiyanın işinə uğurlar arzuladı.

    İştirakçıları salamlayaraq çıxışına başlayan AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova regionların inkişafına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, infrastruktur xidmətlərindən istifadəni yaxşılaşdırmağa yönələn dövlət proqramları arasında AzKİL-in xüsusi mövqeyindən, icma şəbəkələşməsi çərçivəsində görülən işlərdən, qazanılmış nailiyyətlərdən söhbət açdı.AzKİL in monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi Sərdar Hüseynov bu günə qədər hər üç zonada 230 layihənin tamamlandığını qeyd edərək icrada olan layihələr haqqında da dolğun məlumat verdi.

    Proqram mütəxəssisi Fəridə Eminova (Muğan-Salyan RƏO), İcma İnkişafı /monitorinq işçisi Akif Kərimli (Düzən-Şirvan RƏO), Proqram mütəxəssisi Əbülfət Əhmədov (Naxçıvan RƏO) və LKH rəhbəri Fuad Salmanov AzKİL-in fəaliyyət göstərdiyi zonalarda icra olunmuş layihə və icmalarda səfərbərlik təlimləri ilə bağlı çıxış etdilər.Sonra Uğurlu icma layihələri və İcma layihələrində ictimai iştirak mövzularını ayrı-ayrılıqda 2 paralel qruplar halında əks etdirən təqdimatların xülasəsi dinlənildi.Həyata keçirilmiş icma layihələri ilə tanış olmaq və öyrənilmiş dərslərə yiyələnmək üçün sessiya iştirakçıları Muğan-Salyan zonasının Xubyarlı, Aranlı və Qaradonlu (İmişli), Düzən-Şirvan zonasının Tofiqi (Ağdaş ), Ləkçıplaq və Məlikkənd icmalarına səfər etdilər. Onlar icmalarda layihələrlə əyani tanış oldular, icma fəalları ilə mövcud problemlər ətrafında fikir mübadiləsi apardılar, mühəndislik işləri, podratçı təşkilatın seçimi və layihə icrasının monitorinqi, icma töhfələrinin toplanmasına və s məsələlərə aid suallara cavab aldılar.

    Bundan sonra Sessiya işini Naxçıvanda davam etdirdi. İştirakçılar Milax icması (Culfa rayonu), Zeynəddin icması (Babək rayonu), Çərçiboğan icmasının (Şərur rayonu) fəaliyyətinə bələd oldular, Möminə Xatun məqbərəsini, müqəddəs ƏSHABİ-KƏHFi ziyarət etdilər, ümummilli liderimiz Heydər Əliyev muzeyi ilə tanış oldular.Sessiyanın yekun seminarında Naxçıvan Aqrobiznes MMC-nin direktoru Xəlil Əliyev iştirakçıları salamladıqdan sonra regionda qazanılmış uğurların əsasını icmaların yerli icra orqanları və bələdiyələlərlə sıx əmkdaşlığının təşkil etdiyini vurğuladı, bitmək üzrə olan 91 layihə haqqında məlumat verdi. Sonra AzKİL-in direktor müavini Gülbəniz Qənbərova , Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin kadrlarla iş və təsərrüfat sektorunun müdiri İlyas Qasımov, proqram mütəxəssisi Əbülfət Əhmədov (Naxçıvan RƏO) çıxış etdilər.

    Proqram mütəxəssisləri Akif Kərimli (Düzən-Şirvan ) Aidə Babayeva (Muğan-Salyan), Yəməntac Əmirova (Naxçıvan) icmalarda qarşılıqlı görüşlərin xülasəsini təqdim etdilər Daha sonra Biz nə gördük, nə öyrəndik, nə tövsiyyə etdik?, mövzusunda qrup işi və təqdimatı keçirildi. Seminarın xülasəsindən sonra III ZQGS işini başa çatdırdı.

    Qazanılmış təcrübə və uğurlar, çətinliklər, öyrənilmiş dərslər haqqında məlumat əldə etmək , qarşılıqlı fikir mübadiləsi aparmaq, işgüzar əlaqələr qurmaqda icmalara yardım etmək məramını gerçəkləşdirməyə bu dəfə də ZQGS-sı böyük müvəffəqiyyətlə nail oldu.

    Bölmələr: Press reziler