» Press reziler » II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

 
 
 

II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

Baxılıb: 554

  • Tarix: 12-12-2007, 03:35
  • 2007-ci il dekabrın 10-11-də İmişli şəhərində AzKİL-in Layihə İdarəetmə Qrupunun təşkilatçılığı və maliyyə dəstəyi ilə AzKIL Icma Şəbəkəsi proqramının zirvə toplantısı olan İkinci Milli İcma İnvestisiya Konfransı keçirildi.

    İndiyə qədər şəbəkəyə qoşulmuş 300-dən çox icmanın nümayəndələri ilə yanaşı, AzKİL bu konfransda İcma İnkişafı tərəfdaşları və potensial donorları bir araya gətirməyə və investisiyaların səmərəli və uyğun istifadəsi barədə təcrübələrin bölüşdürülməsinə, eləcə də icma investisiyalarının sosial, ətraf mühit və texniki aspektlərini müzakirə etməyə təşəbbüs göstərdi.Konfransın məqsədləri aşağıdakılardan ibarət idi:
    1. Ən yaxşı təcrübələrin bölüşdürülməsi və təşəbbüslərdən qarşılıqlı faydalanmaya yardımçı olmaqla icmalar daxilində bacarıqların artırılması
    2. İnvestisiyaların dayanıqlığı ilə bağlı ehtiyac yönümlü məsələlər barədə müzakirələrin aparılması
    3. İştirakçılara Əməkdaşlıq, Öyrənilmiş Dərslər, Təcrübədən öyrənmə və Əməkdaş və tərəfdaş qurumlara informasiya yayımı vasitəsilə şəbəkələşmə yaratmaqla kənd investisiyalarının keyfiyyətini yüksəltməyə imkan vermək
    Konfrans Rayon İcra Hakimiyyətləri, Mərkəzi Hökumət, Parlament üzvləri, Beynəlxalq və Yerli QHT-lər Dünya Bankı Səfirliklər İcma və bələdiyyə üzvləri, İcma İnkişafı mütəxəssisləri və Media nümayəndələri daxil olmaqla Muğan-Salyan, Düzən Şirvan və Naxçıvan iqtisadi zonalarında fəaliyyət göstərən əsas İcma İnkişafı Tərəfdaşlarını və kənd investisiya proqramlarının icraçılarını bir araya gətirdi.

    Tədbir plenar sessiyalar, işçi qruplar, konkret vəziyyətlərin təhlili, eləcə də iştiraklı fəaliyyətlər və şəbəkələşmə imkanları daxil olmaqla ənənəvi konfrans fəaliyyətlərindən ibarət idi.

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    II MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    Bölmələr: Press reziler