» Press reziler » II ZONALARARASI QARŞILIQLI GÖRÜŞLƏR SESSİYASI

 
 
 

II ZONALARARASI QARŞILIQLI GÖRÜŞLƏR SESSİYASI

Baxılıb: 442

  • Tarix: 28-06-2007, 22:29
  • Bacarıqların artırılmasına, əldə edilmiş biliklərin yayılmasına, qazanılmış təcrübənin bölüşdürülməsinə xidmət edən icmaların Zonalararası Qarşılıqlı Görüşlər Sessiyaları (ZQGS) AzKİL-in fəaliyyətində önəmli yer tutur. İcma Şəbəkəsinin genişlənməsinə xidmət edən sessiyalar müxtəlif inkişaf mərhələsində olan icmaların nümayəndələrinin iştirakı ilə keçirilir. Bu tədbirdə aparılan dialoq, yaranan işgüzar əlaqələr icma layihələrinin uğurla həyata keçirilməsinə, icma üzvlərində özünə inam hissinin daha da yüksəlməsinə töhfə verir.
    İyun ayının 22-27 tarixində keçirilən növbəti sessiya bunu bir daha təsdiq etdi. AzKİL ilə əməkdaşlıq edən 50-ə yaxın icmanın 250-dən artıq nümayəndəsinin iştirak etdiyi tədbirə Uşaqların Xilası, CHF İnternational, Ümid təşkilatlarının dəstəyilə Azərbaycanda fəaliyyət göstərən digər icmaların da təmsilçiləri qatılmışdır.
    Sessiyanın açılış seminarı İmişlidə keçirildi. İştirakçıları salamlayan İmişli rayon İcra Hakimiyyəti Başçısının müavini S.Ağayev, AzKİL-in direktoru Sübhan Əsgərov, AzKİL-in direktor müavini, icma inkişafı üzrə menecer Gülbəniz Gənbərova iştirakçıları salamladı, sessiya iştirakçılarına uğurlu fəaliyyət arzuladılar.
    Muğan-Salyan Regional Əməliyyatlar Ofisinin (RƏO) direktoru Atabala Həsənov AzKİL-in fəaliyyət göstərdiyi 2,6 il ərzində regionda icra olunmuş layihələr barədə sessiya iştirakçılarına məlumat verərək bildirdi ki, RƏO 96 icmada çalışır, bunların 37-də icma layihələri başa çatıb. A.Həsənov həmçinin AzKİL-in tələblərinə cavab vermədiyi üçün 42 icma ilə fəaliyyət qurmaqdan imtina edildiyini də söylədi.
    AzKİL-in monitoring üzrə mütəxəssisi Sərdar Hüseynov çıxış edərək layihənin icrası dövründə 79 layihənin həyata keçirildiyini, bunların 203 mindən artıq insanın faydalandığını dedi. AzKİL-in monitoring üzrə mütəxəssisi Sərdar Hüseynov çıxış edərk bildirdi ki, layihənin icrası dövründə 79 layihənin həyata keçirildiyini, bunlardan 203 mindən artıq insanın faydalandığını dedi.
    Daha sonra tədbir iştirakçıları qruplara bölünürlər və onların diqqətinə uğurlu icma layihələri çatdırıldı. Yevlax rayonunun Gülövşə icmasının İçməli su təminatı (AzKİL), Bakı şəhəri Zığ qəsəbəsində yerinə yetirilmiş Sinif otaqlarının təmiri (Ümid milli humanitar QHT), Goranboy rayonu Eyvazlar icmasının Orta ümumtəhsil məktəbinin tikintisi (Uşaqların Xilası Beynəlxalq QHT), Masallı rayonu Həsənli icmasının Kənd arası yolların bərpası(GHF İnternational) layihələri böyük maraqla dinlənildi, geniş müzakirələrə, diskussiyalara səbəb oldu.
    İcmaların Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının iki seminarı İcma inkişafının strateji planlaşdırılmasına həsr olundu. Mövzu ilə bağlı təqdimat Beynəlxalq İnkişafa Dəstək təşkilatının Azərbaycanda Regional İqtisadi İnkişafa Dəstək Proqramının əməkdaşı Danil Samoylenko tərəfindən edildi.
    Yerinə yetirilmiş icma layihələrilə təsdiq olmaq, əldə edilmiş bacarıqlarla və öyrənilmiş dərslərə yiyələnmək üçün sessiya iştirakçıları Muğan-Salyan zonasının Mustafabəyli (Saatlı rayonu, Otuzikilər və Yuxarı Qaralar (hər ikisi İmişli rayonu), Düzən-Şirvan zonasının yüksəliş, Balçılı və Səmədabad (hər üçü Yevlax rayonu), Naxçıvan zonasında Xanəgah (Culfa rayonu), Üstüpü və Aşağı Əndəmic (hər ikisi Ordubad rayonu) icmalarına səfər etdilər.
    Sessiya işini Naxçıvanda bitirdi. Yekun seminarda Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədr müavini Mirhəşim Seyidov, "Naxçıvan Aqrobiznes MMC" - nin direktoru Xəlil Əliyev, AzKİL -in direktoru Sübhan Əsgərov, AzKİL- in direktor müavini Gülbəniz Qənbərovaçıxış etdilər. İcma mütəxəssisləri Kəmalə Ağayeva, Aida Babayeva və Tünzalə Hacıyeva sessiya iştirakçılarını icmalarda keçirilən görüşlərin xülasəsi ilə tanış etdilər. Gündəlik və hesabat Fotoşəkillər

    Bölmələr: Press reziler