» Press reziler » MUĞAN-SALYAN ZONASINDA BACARIQLARIN ARTIRILMASI ÜZRƏ II REGİONAL KONFRANS KEÇİRİLDİ

 
 
 

MUĞAN-SALYAN ZONASINDA BACARIQLARIN ARTIRILMASI ÜZRƏ II REGİONAL KONFRANS KEÇİRİLDİ

Baxılıb: 530

  • Tarix: 4-04-2007, 22:27
  • Aprelin 3-də Saatlı şəhərində Muğan-Salyan zonasında AzKİL-in dəstəyi ilə fəaliyyət göstərən 27 icmanın 60 nümayəndəsinin iştirakı ilə Regional Bacarıqların Artırılması Konfransı keçirilmişdir. Tədbiri Xidmət Təchizatçısı - ELAT Aqrobiznes Konsaltinq Mərkəzi təşkil etmişdir. Konfransın işində AzKİL LİQ və Muğan-Salyan Regional Əməliyyatlar Ofisinin nümayəndələri iştirak etdi. Tədbirdə həmçinin Cəlilabad rayonunun bir neçə icmasında AzKİL ilə birgə fəaliyyət göstərəcək CHF International təskilatının təmsilçiləri də iştirak etdi.
    Toplantı iştirakçılarını Nizami Kazımov (ELAT AKM), Fərman Həsənov (AzKİL LİQ), Fəridə Eminova (RƏO) və Vüqar Mehtiyev (CHF) International salamladılar.
    Konfransda Layihənin icrası və mühəndislik işləri, Layihənin istismarı, dayanıqlığı və ətraf mühit mövzularında təqdimatlar edildi, məruzələr ətrafında qrup işlərində müzakirə aparıldı, fəaliyyətinin səmərəliliyinin artmasına dair təkliflər irəli sürüldü.
    Tədbir zamanı icma fəaliyyətinin müxtəlif sahələrini əhatə edən test-viktorina keçirildi, sualları düzgün cavablandıran 6 iştirakçıya hədiyyələr təqdim olundu. Konfransın bədii hissəsində tədbirdə iştirak edən icma fəalları Aşıq Ələsgərin, Səməd Vurğunun, Zəlimxan Yaqubun yazdıqları şerlərdən misralar oxudular.

    Bölmələr: Press reziler