» Press reziler » I MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

 
 
 

I MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

Baxılıb: 734

  • Tarix: 19-01-2007, 22:25
  • 2007-ci ilin yanvarın 17-18- də Saatlı şəhərində AzKİL-in Layihə İdarəetmə Qrupunun (LİQ) təşəbbüsü və maliyyə dəstəyi ilə I Milli İcma İnvestisiya Konfransı keçirilmişdir. Tədbirin məqsədi AzKİL-in İcma İnkişafı layihəsinin tərəfdaşlarınin və beynalxalq və yerli QHT-lər dəstəyi ilə respublikada fəaliyyət göstərən digər icmaların əldə etdikləri ən yaxşı təcrübələrin bölüşdürülməsi, müxtəlif icma təşəbbüslərindən qarşılıqlı faydalanmaya xidmət etməsinə nail olmaq, digər tərəfdən isə, potensial donorları bir araya gətirmək, icmalara qoyulan investisiyaların səmərəli istifadəsi barədə fikir mübadiləsi aparmaq, icma investisiyalarının sosial, ətraf mühitə təsiri və texniki aspektlərinin müzakirə etmək idi.
    Konfransın işində dövlət rəsmiləri, Yaponiyanin Azərbaycandakı səfirinin müşaviri Furuya Kaoru, CHF İnternetional BQHT-in ölkə direktoru Nil Makqulla, Uşaqların Xilası BQHT-ın Proqram Meneceri Alison Rodes,Dünyaya Baxış BQHT-ın təmsilçisi Vüqar Mustafayev iştirak etdilər.
    Konfransın açılışında Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirirnin müavini İlham Quliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Baş direktoru Razim Vəliyev, Saaatlı İH Başçısı Vaqif Hüseynov, Millı Məclisin deputatı Gülhüseyn Əhmədov, AzKİL direktoru Sübhan Əsgərov, Naxçıvan Aqrobiznes MMC direktoru Xəlil Əliyev, Ümid milli QHT-in rəhbəri İsrail İsgəndərov, AzKİL direktor müavini, İcma İnkişafı meneceri Gülbəniz Qənbərova çıxış etdılər.
    Tədbir iştirakçılarinin diqqətinə AzKİL-in iki illik fəaliyyətinə həsr olunmuş 15 dəqiqəlik sənədli film təqdim olundu.
    Konfransda İnvestisiyalardan səmərəli istifadə, Təşkilatı bacarlqların artırılması, Sosial iştirak və Ətraf mühitin qorunması sessiyaları keçirildi. Hər sessiya zamanı parelel olaraq üç qrupda icma təqdimatları aparıldı və müzakırələr keçirildi. Qrup müzakirələrinin nəticələri plenar iclaslarda dinlənildi.
    AzKİL-in LİQ hesab edir ki, konfrans İcma Şəbəkəsini genişləndirmək və gücləndirmək üçün yaxşı imkan yaradacaq və aşağıdakı məqsədlərə çatmağa xidmət edəcək.

    Bölmələr: Press reziler