» Press reziler » BACARIQLARIN ARTIRILMASINA HƏSR OLUNMUŞ NÖVBƏTİ REGİONAL KONFRANS GÖYÇAYDA KEÇİRİLDİ

 
 
 

BACARIQLARIN ARTIRILMASINA HƏSR OLUNMUŞ NÖVBƏTİ REGİONAL KONFRANS GÖYÇAYDA KEÇİRİLDİ

Baxılıb: 533

  • Tarix: 11-11-2006, 22:22
  • Noyabrın 10-da Göyçayda AzKİL İdarəetmə Qrupunun Köməkçi Heyətinin (KH) təşkilatçılığı ilə Düzən-Şirvan zonası icmalarının Bacarıqların Artırılması üzrə Regional Konfransı keçirilmişdir. Tədbirdə bölgənin 16 icmasından nümayəndələr, LİQ, KH əməkdaşları, hər üç zonanın RƏO və Xidmət Təchizatçısı təşkılatlarının təmsilçiləri daxil olmaqla 90 nəfərdən artıq iştirakçı iştirak etdi.
    Konfransı giriş sözü ilə açan AzKİL-in direktoru Sübhan Əsgərov tədbir iştirakçılarını salamladı, ötən müddət ərzində layihənin böyük uğurla həyata keçdiyini, bir çox kəndlərin sosial infrastrukturunda baş vermiş dəyişiklikləri, icmaların özünə inamının artdığını qeyd etdi. AzKİL direktorunun müavini, İcma İnkişafı Meneceri Gülbəniz Qənbərova çıxışında icmaların inkişafında biliklərin əldə edilməsinin və bacarıqların artırılmasının mühüm rol oynadığını bildirdi.
    AzKİL KH fəaliyyəti haqqında toplantı iştirakçılarına məlumat verən bu qurumun rəhbəri Fuad Salmanov 113 icmada çevik icma qiymətləndirilməsinin keçirildiyini, hal-hazırda 55 icma ilə əməkdaşlıq edildiyini söylədi. O, əldə olunmuş uğurlar sırasında 54 icmanıın təlimləndirilməsini, 22 icma tərəfindən layihə təklifinin hazırlanmasını, 9 çarpaz icma görüşlərinin keçirildiyini qeyd etdi.
    Yevlax rayonunun Gülövşə İLK üzvü Ananqız Sadıqova İcma səfərbərliyində uğurlar, güclü və zəif tərəflər və Göyçay rayonunun Qaraxıdır İLK sədri Şahin Yaqubov İcma töhfəsinin təşkili, idarə olunması və qeydiyyatı mövzularında təqdimatlar etdilər. Konfrans iştirakçıları qeyd olunan mövzular ətrafında müzakirələr apardı, fəaliyyətin yaxşılaşdırılması ilə bağlı təkliflər verdilər.
    Fasilə zamanı KH əməkdaşları icma fəaliyyətlərinə həsr olunmuş səhnəciklər, Mollavaizli icmasından (Saatlı, Muğan-Salyan zonası) olan professional aktyorlar isə şou proqram nümayiş etdirdilər.
    Konfransın sonunda S.Əsgərov və G.Qənbərova yekun nitq söylədilər.

    Bölmələr: Press reziler