» Press reziler » BACARIQLARIN ARTIRILMASI ÜZRƏ NÖVBƏTİ KONFRANS NAXÇIVANDA KEÇİRİLDİ

 
 
 

BACARIQLARIN ARTIRILMASI ÜZRƏ NÖVBƏTİ KONFRANS NAXÇIVANDA KEÇİRİLDİ

Baxılıb: 700

  • Tarix: 4-11-2006, 22:21
  • 03 noyabr, 2006-cı il tarixdə Naxçıvan şəhərində Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Layihənin İdarəetmə Qrupu və Naxçıvan AqroBiznes MMC-nin təşkilatçılığı ilə növbəti Regional Bacarıqların Artırılması konfransı keçirilmişdir.
    Konfransda AzKİL LİQ direktor müavini, İİ Meneceri Gülbəniz Qənbərova, Naxçıvan AqroBiznes MMC-nin direktoru Xəlil Əliyev, Naxçıvan Regional Əməliyyatlar Ofisinin direktoru Əbülfət Əhmədov, Xidmət Təchizatçısı Layihə rəhbəri Elşən Məmmədov iştirak etmişlər. Konfransda 26 icmadan nümayəndələr və eyni zamanda KİV nümayəndələri, Naxçıvan Televiziyasının əməkdaşları iştirak etmişlər.
    Konfransı Naxçıvan AqroBiznes MMC-nin direktoru Xəlil Əliyev açaraq iştirakçılardan Ümummilli Lider Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad etməsini xahiş etdi və konfransın işinə uğurlar arzuladı.
    AzKİL LİQ direktor müavini, İİ Meneceri Gülbəniz Qənbərova konfrans iştirakçılarına AzKİL-lə əməkdaşlıq üçün təşəkkür etdi, konfransın hər bir iştirakçının həyatında bacarıqlarının artırılması, təcrübə mübadiləsi sahələrində dərin bir iz buraxacağına, onları yeni-yeni uğurlar qazanmağa, nailiyyətlər əldə etməyə ruhlandıracağına əminliklə bildirdi.
    Naxçıvan Regional Əməliyyatlar Ofisinin direktoru Əbülfət Əhmədov icma işi sahəsində təcrübəsi az olan Naxçıvan icmalarının artıq öz uğurları, bacarıqları, qazandığı təcrübələri, həyata keçirdikləri layihələri haqqında danışmalarını Naxçıvan zonası timsalında AzKİL-in böyük uğuru hesab etdi və Naxçıvan Regional Əməliyyatlar ofisinin bu günə qədər gördüyü işlər, həyata keçirilən icma layihələri, layihələrin açılış mərasimləri, xüsusilə Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan zonasındakı fəaliyyətinə Muxtar Respublika Rəhbərliyinin, Hökumətinin göstərdiyi dəstək, köməklik haqqında slaydlarla konfrans iştirakçılarına geniş məlumat verdi.
    Xidmət Təchizatçısı Layihə rəhbəri Elşən Məmmədov konfransda təqdim olunacaq icma layihələri haqqında iştirakçıları məlumatlandırdı. Daha sonra söz İcma üzvlərinə verildi.
    Kırna icmasının İçməli su təminatı layihəsi üzrə İLK sədri Haqverdi Əliyevin Layihələrin icrasına nəzarət və ətraf mühit təhlükəsizliyi mövzusunda, Saltaq icmasının Məktəbin təmiri layihəsi üzrə İLK sədri Azad Kazımovun Layihələrin tərtibatı, icrası və dayanıqlığının təmin olunmasında dövlətin rolu mövzusunda, Bənəniyar icmasının Tibb məntəqəsinin tikintisi layihəsi üzrə Sevinc Məmmədova Layihələrin icrası zamanı monitorinq və qiymətləndirmələrin aparılması mövzusunda təqdimatları dinlənildi. Beləliklə, bütün iştirakçılar bu icmalarda həyata keçirilmiş layihələrlə tanış oldu və bu təqdimatlar icrası hələ tamamlanmamış, müxtəlif mərhələlərdə olan icmalarda öyrənilmiş dərslər kimi öz təsirini göstərdi.
    Hər bir təqdimatdan sonra iştirakçılar qrup işləri apararaq öz fikirlərini və layihələrinin həyata keçirilməsində planlaşdırdıqları işlər haqqında qeydlər apardılar.
    Daha sonra qrup işlərinin təqdimatları oldu və bundan da bütün icmalarda hər bir işin planlı surətdə aparılması, əsasən də layihələrin monitorinqinin həyata kecirilməsi icmalarda və İLKnin üzvləri arasında xüsusilə diqqət mərkəzində olduğu nəzərə çatdırıldı.
    Bu təqdimatlarda Ordubad rayonunun Dırnıs icmasının İLK sədri Əmiraslan Fərəcov, Yuxarı Əylis icmasının Bələdiyyə sədri Ehtiram Məmmədov daha fəallıq göstərmişlər.
    Konfrans icma üzvlərinin böyük marağına səbəb oldu, onlar öz təcrübələri ilə bağlı fikir mübadilələri etdilər.
    Konfransın gedişində Naxçıvan MR tarixi və coğrafiyasına aid viktorina keçirildi, və viktorinada fəal iştirak edənlərə xüsusi hədiyyələr təqdim olundu.
    Konfrans Muxtar Respublikanın Dövlət televiziyasının əməkdaşları tərəfindən videolentə alındı və qonaqlar, icma nümayəndələri müxtəlif müsahibələr verdilər.
    Konfrans haqqında məlumatlar bütün Muxtar Respublika icmalarına-tamaşaçılarına çatdırılmışdır, belə ki, konfransın gedişi, verilən müsahibələr haqqında Naxçıvan Televiziyasında veriliş hazırlanmış və bir neçə dəfə yayımlanmışdır.

    Bölmələr: Press reziler