» Press reziler » MUĞAN SALYANDA BACARIQLARIN ARTIRILMASI ÜZRƏ KONFRANS KEÇİRİLDİ

 
 
 

MUĞAN SALYANDA BACARIQLARIN ARTIRILMASI ÜZRƏ KONFRANS KEÇİRİLDİ

Baxılıb: 671

  • Tarix: 21-10-2006, 22:20
  • Oktyabrın 20-də AzKİL-in fəaliyyət göstərdiyi bölgələrin birində - Muğan-Salyan zonasında Regional Bacarıqlarin Artırılması Konfransı keçirilmişdir. AzKİL və ELAT Aqrobiznes Konsaltinq Mərkəzinin birgə təşkil etdikləri tədbirdə 30-dan artıq icmanın 100-ə yaxın nümayəndəsi iştirak etdi. AzKİL direktor müavini Gülbəniz Qənbərova, ELAT layihə direktoru Elman Süleymanov, Regional Əməliyyatlar Ofisinin direktoru Atabala Həsənov iştirakçıları salamladılar və konfransın işinə uğurlar arzuladılar.
    Konfrans iştirakşıların diqqətinə icma layihəsi həyata keçirilərkən əldə edilmiş təcrübələrə və öyrənilmiş dərslərə həsr olunmuş Dayanıqlıq və yerli idarəetmə orqanları ilə əməkdaşlıq (Saatlı rayonu Kamallı icması), İcma töhfəsinin yığılması və qeydiyyatı (Sabirabad rayonu Nərimankənd icması), Layihənin icrası dövründə monitorinq qrupunun fəaliyyəti (Saatlı rayonu Qaralar icması) və Layihə tərtibatı və mühəndislik işləri (Saatiı rayonu Mollavaizli icması) məruzələri təqdim olundu.
    Daha sonra adıçəkilən mövzular qruplarda müzakirə edildi, icmaların gələcək fəaliyyətində tətbiqi üçün tövsiyyələr qəbul olundu.

    Bölmələr: Press reziler