» Press reziler » NAXÇIVANDA BACARIQLARIN ARTIRILMASI ÜZRƏ II REGİONAL KONFRANS KEÇİRİLMİŞDİR

 
 
 

NAXÇIVANDA BACARIQLARIN ARTIRILMASI ÜZRƏ II REGİONAL KONFRANS KEÇİRİLMİŞDİR

Baxılıb: 667

  • Tarix: 30-03-2007, 14:59
  • Martın 29-da Naxçıvan şəhərində bölgədə AzKİL-in dəstəyilə fəaliyyət göstərən icmaların 100-dən artıq nümayəndəsinin iştirakı ilə Regional Bacarıqların Artırılması Konfransı keçirilmişdir. Tədbiri Naxçivan RƏO və “Naxçıvan Aqrobiznes” MMC təşkil etmişdilər. Konfransın işində AzKİL-in direktor müavini, İcma İnkişafı meneceri Gülbəniz Qənbərova iştirak etdi.
    Toplantı iştirakçilarını “Naxçıvan Aqrobiznes” MMC-nin direktoru Xəlil Əliyev, AzKİL-in direktor müavini G.Qənbərova, Naxçıvan RƏO direktoru Əbülfət Əhmədov və Xidmət Təhcizatçısının Qrup rəhbəri Əkbər Cəfərov salamladılar.
    Konfransda “İcma layihələrinin dayanıqlığının təmin edilməsi”, “AzKİL – İcma münasibətlərində İLK və Qrant Ötürücüsünün rolu”, “Satınalma və tədarük prosesində İLK-nin fəaliyyəti”mövzularında təqdimatlar edildi, məruzələr ətrafında qrup müzakirələri aparıldı, əməli təkliflər verildi.
    Tədbir zamanı icma fəalıyyətinin müxtəlif sahələrini əhatə edən test-viktorina keçirildi, sualları düzgün cabavlandıran ilk 10 iştirakçıya hədiyyələr təqdim olundu.

    Bölmələr: Press reziler