» Press reziler » I ZONALARARASI QARŞILIQLI GÖRÜŞLƏR SESSİYASI

I ZONALARARASI QARŞILIQLI GÖRÜŞLƏR SESSİYASI

Baxılıb: 775

  • Tarix: 10-09-2006, 10:50
  • 2004-cü ilin sentyabrında Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Asossiasiyasi (BİA) arasında bağlanmış Sazişə əsasən ölkədə həyata keçirilən “Azərbaycan Kənd İnvestisiya Layihəsi” (AzKİL) uğurla davam edir. Layihənin əsas məqsəd icma layihələrinə sərmayə qoymaqla əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqdan və infrastruktur xidmətlərinə çıxışların artırılmasından ibarətdir. Layihə çərçivəsində Azərbaycanın 21 rayonunda 400-450 icma layihələrinin reallaşdırılması nəzərdə tutulur.
    Hal-hazırda AzKİL çərçivəsində İcma Şəbəkələşməsi fəalliyyəti gerçəkləşir. Şəbəkə AzKİL İdarəetmə Qrupunun təşəbbüsü ilə yaradılır və layihələri həyata keçirərkən əldə edilmiş təcrübənin və öyrənilmiş dərslərin bölüşdürilməsinə, icmaların inteqrasiyasına və işğüzar əlaqələrin qurulmasına xidmət edəcək. Bu məqsədlə müxtəlif inkişaf dövründə olan icmaların zonalararası qarşılıqlı ğörüşləri keçirilir.

    4-9 sentyabr tarixində keçirilmiş ilk Zonalararası qarşılıqlı görüşlər sessiyasında Naxçıvan, Düzən-Şirvan və Muğan-Salyan regionlarını təmsil edən 90 icmanın, Xidmət Təchizatçılarının və AzKİL Regional Əməliyyatlar Ofislərinin 300-ə yaxın təmsilçisi iştirak etmişdir. Sessiyanın açılış seminarı Saatlıda keçirildi. Mərasimində Saatlı rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Hüseynov çıxış etdi. Layihənin regionların inkişafına verəcəyi töhfə, görülən işlərə dövlət qayğısı haqqında iştirakçılara layihə direktoru Sübhan Əsgərov məlumat verdi. O, xüsusi ilə layihələrdə iştirak edən icma üzvlərində özünəinam hissinin aşılanmasını qeyd etdi.
    Layihənin monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi Sərdar Hüseynov seminar iştirakçılarına 17 layihənin başa çatdığını, 15 layihənin isə icrada olduğunu bildirdi. Sabirabad rayonu Nərimankənd, Ağdaş rayonu Dəhnəxəlil, Yevlax rayonu Havarlı, Culfa rayonu Saltax və digər icmalarda keçirilən görüşlər zamanı geniş fikir mübadiləsi aparıldı, əldə edilmiş nailiyyətlərdən, qarşıya çıxan çətinliklərdən və onların həlli yollarından danışıldı.
    Sessiyanın yekun seminarı 9 sentyabr tarixdə Naxçıvan şəhərində keçirildi. Tədbirdə Naxçıvan MR Ali Məclisinin sədr müavini Mirhəşim Seyidov çıxış etdi. Seminar haqqında öz fikirlərini bildirən icma liderləri Əşrəf Nəsirov, Rahibə Soltanova, Elməddin Qurbanov və digərləri tədbirin faydalı olmasını bildirdilər və belə görüşlərin icmaların inkişafında xüsusi rolu olduğunu qeyd etdilər.
    Sessiya iştirakçıları üçün zəngin mədəni proqram nəzərdə tutulmuş idi. Onlar Gəncədə Nizami məqbərəsini, Naxçıvanda Əshabi Kəhf ziyarətgahını və Möminə Xatun məqbərəsini ziyarət etdilər, digər tarixi və arxeoloji abidələrlə tanış oldular.

    Bölmələr: Press reziler