» Press reziler » Oğuz Rayonunun Tərkeş İcmasında Həyata Keçirdiyi "İçməli Su Təminatı" layihəsinin Açılış Mərasimi

 
 
 

Oğuz Rayonunun Tərkeş İcmasında Həyata Keçirdiyi "İçməli Su Təminatı" layihəsinin Açılış Mərasimi

Baxılıb: 643

  • Tarix: 29-05-2014, 11:29
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən həyata keçirilmiş “İçməli Su Təminatı” layihəsinin açılış mərasimi 5 may 2014-cü il tarixində Oğuz rayonunun Tərkeş icmasında düzənləndi. Tərkeş icması Oğuz rayon mərkəzindən 15 km məsafədə yerləşir. İcmanın içməli su xətti uzun müddət əsaslı bərpa edilmədiyindən bərbad vəziyyətə düşmüşdü. Kəndin bir hissəsinə su ümumiyyətcə çatmırdı, digər yerlərdə isə çox az gəlirdi. Su ambarları kiçik olduğundan suyun bir hissəsi boş yerə axıb gedirdi, kənddə olan bulaqlar yararsız vəziyyətə düşmüşdü. Əhali su qıtlığı yaşayırdı. Bu promlemi həll etmək üçün Tərkeş icmasında AzKİL 2-nin maddi vəsaiti hesabına " İçməli Su Təminatı " layihəsi qısa bir müddət ərzində uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində ümumi uzunluğu 5400m su xətti PVX boru vasitəsilə təmir edilmiş,6 ədəd 1 açarlı bulaq çay daşından tikilmiş,1 ədəd 16 tonluq su çəni quraşdırılmışdır. Əsas su sisteminin təmiri nəticəsində içməli su təminatı yaxşılaşmışdır. İçməli su təminatının yaxşılaşması icma sakinlərinin ekoloji təmiz su ilə təmin olunması ilə yanaşı, əlavə xərclərin qarşısının alınması nəticəsində ailə büdcələrinə 22 % qənaət edilməsinə səbəb olmuşdur. Kənddə mövcud olan sosial obyektlər və dövlət qurumlarının, o cümlədən məktəbin, tibb məntəqəsinin içməli su təminatının yaxşılaşması nəticəsində insanlarda yüksək-əhval ruhiyyə yaranmışdır. Layihənin açılışında Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, AzKİL-in Direktor Müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, AzKİL-2 Şimal zonası üzrə Proqram Mütəxəssisi Akif Kərimli, Tərkeş İcra Nümayəndəsi Azər Məcidov, Tərkeş Bələdiyyə sədri Sərxan Zahidov, kənd ağsaqqalları və ziyalılar iştirak etdilər. Tədbirdə həmçinin bir neçə televiziya kanallarının əməkdaşları təntənəli açılış barədə reportaj yayımlamaq üçün çəkiliş apardılar. İştirakçılar öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının bariz nümunəsi olan ”Azərbaycan Kənd İnvestisiya Layihəsi”nin müstəsna mövqe və təqdirəlayiq xidmətlərini vurğulayaraq bu layihənin həyata keçirildiyi icma sakinlərini ürəkdən təbrik etdilər. Kənd ağsaqqaları və ziyalılar onların problemlərinin həllində göstərilən diqqətə görə Azərbaycan Hökumətinə, Balakən Rayon İcra Hakimiyyətinə, AzKİL-ə və Dünya Bankına öz minnətdarlıqlarını bildiriblər. Rəmzi qırmızı lent kəsilməsinin və istismara verilən layihəyə birgə baxışın ardından Tərkeş kəndinin özfəaliyyət ansanblı rəngarəng konsert proqramı ilə çıxış etdi. Tədbirdə iştirak edən yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin hazırladıqları reportajlar həmin axşam xəbər bülletenlrində yayımlandı.

    Bölmələr: Press reziler