» Press reziler » Göyçay Rayonunun Cəyirli İcmasında Həyata Keçirdiyi "Uşaq Bağçasının Əsaslı Təmiri" layihəsinin Açılış Mərasimi

 
 
 

Göyçay Rayonunun Cəyirli İcmasında Həyata Keçirdiyi "Uşaq Bağçasının Əsaslı Təmiri" layihəsinin Açılış Mərasimi

Baxılıb: 488

  • Tarix: 29-05-2014, 11:28
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən həyata keçirilmiş Uşaq Bağçasının ƏsaslıTəmiri layihəsinin açılış mərasimi 7 may 2014-cü il tarixində Göyçay rayonunun Cəyirli icmasında düzənləndi.

    Cəyirli icması Göyçay rayon mərkəzindən 12 km məsafədə yerləşir. İcmada olan uşaq bağçası uzun müddət əsaslı təmir edilmədiyindən bərbad vəziyyətdə idi. Bina təmirsiz olduğu üçün uşaqların burada məktəbəqədərki təhsil alması üçün heç bir şərait yox idi. Məhz bu problemə görə uşaqların davamiyyəti zəifləyir, təhsilin səviyyəsi aşağı düşürdü. Eyni zamanda binanın təmirsiz olması uşaqların sağlamlığına da mənfi təsir göstərmişdir.

    Dinamik inkişaf edən ölkəmizin gələcək nəslin sağlam böyüməsi, onların hərtərəfli inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu istiqamətdə görülən mühüm tədbirlərin tərkib hissələrindən biri məktəbəqədər təhsil müəssisələrindən olan körpələr evi və uşaq bağçaları şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazasının yaxşılaşdırılması və təlim-tərbiyə prosesində fəal iştiraklarının təmin olunmasıdır. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin son günlərdə icrasını uğurla tamamladığı layihələrindən biri də məhz bu məqsəd daşıyır. Gələcəyimiz olan uşaqların sağlam ruhda və düşüncədə böyümələrinə şərait yaradacak olan Uşaq Bağçasının ƏsaslıTəmiri layihəsi Göyçay rayonu, Cəyirli icmasında həyata keçirilmişdir. Həyata keçirilmiş layihə çərçivəsində eni 12,5 metr, uzunluğu 25 metr olan uşaq bağçasında, 9 otaq, 2 dəhliz tam təmir edilmiş, tavan, döşəmə, qapı və pəncərələr dəyişdirilmiş, binanın ətrafına 42 metr metal çərçivədən və 60 metr uzunluğunda daş hasar çəkilmiş, 1 giriş darvazası quraşdırılmış, 6x3,5 metr 2 ədəd güləfrəngi, 7,6x3,5 metr ölçüdə 1 ədəd anbar, 4,6x4,3 metr ölçüdə 1 mətbəx və 2x4,3 metr mətbəx üçün köməkçi otaqlar təmir edilmişdir.

    Layihənin açılışında Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini, Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsinin Direktor Müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, AzKİL 2 Şimal-Qərb zonası üzrə Proqram Mütəxəssisi Xudayar Gülmalıyev, Cəyirli İcra Nümayəndəsi Fərhad Nəbiyev, Cəyirli Bələdiyyə sədri Fuad Nəbiyev, kənd ağsaqqalları, ziyalıları, bağçanın xidməti heyyəti və kənd sakinləri iştirak etdilər. Tədbirdə həmçinin bir neçə televiziya kanallarının əməkdaşları təntənəli açılış barədə reportaj yayımlamaq üçün çəkiliş apardılar.

    İştirakçılar öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının bariz nümunəsi olan Azərbaycan Kənd İnvestisiya Layihəsinin müstəsna mövqe və təqdirəlayiq xidmətlərini vurğulayaraq bu layihənin həyata keçirildiyi icma sakinlərini ürəkdən təbrik etdilər. Kənd ağsaqqaları və ziyalılar onların problemlərinin həllində göstərilən diqqətə görə Azərbaycan Hökumətinə, Göyçay Rayon İcra Hakimiyyətinə, AzKİL-ə və Dünya Bankına öz minnətdarlıqlarını bildiriblər.

    Rəmzi qırmızı lent kəsilməsinin və istismara verilən layihəyə birgə baxışın ardından Cəyirli kəndinin özfəaliyyət ansanblı rəngarəng konsert proqramı ilə çıxış etdi. Tədbirdə iştirak edən yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin hazırladıqları reportajlar həmin axşam xəbər bülletenlrində yayımlandı.

    Bölmələr: Press reziler