» Press reziler » Saatlı Rayonunun Kamallı İcmasında Həyata Keçirdiyi "İnkubator Sexinin Təşkili" layihəsinin Açılış Mərasimi

 
 
 

Saatlı Rayonunun Kamallı İcmasında Həyata Keçirdiyi "İnkubator Sexinin Təşkili" layihəsinin Açılış Mərasimi

Baxılıb: 568

  • Tarix: 29-05-2014, 11:25
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən həyata keçirilmiş pilot gəligətirən layihənin açılış mərasimi 12 may 2014-cü il tarixində Saatlı rayonunun Kamallı icmasında baş tutdu. Kamallı icması Saatlı rayon mərkəzindən 12 km məsafədə yerləşir. Icmanın 1705 nəfər əhalisi var.Bu icma Hacıqasımlı, Məzrəli və Naharlı kəndləri ilə qonşudur. İcmada və eləcə də qonşu kəndlərdə quşçuluq sürətlə inkişaf etdiyindən, uzaq məsafələrdə yerləşən inkubatorlardan yeni yumurtadan çıxmış cücələrin gətriliməsində və bəslənməsində həm vaxt, həm də ki, pul itkisi olurdu. Bu problemi həll etmək üçün Kamallı icmasında AzKİL 2-nin dəstəyi ilə "İnkubator Sexinin Təşkili" layihəsi uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində eni 8 m, uzunluğu 16,6 m olan inkubator sexi üçün beş otaqlı bina tikilib. Torlu hasarla əhatə olunmuş həyətdə 2 tonluq su çəni estakada ilə birlikdə quraşdırılıb, sanitar qovşağı və çirkab quyusu tikilib. Bina həmçinin elektrik generatoru ilə təmin olunub. Binanın daxilində bir dəfəyə cəmi 5120 cücə istehsal edən, hər birinin 1280 yumurta tutumu olan 4 inkubator şkafı mövcuddur. Artıq Kamallı icmasında geniş icma yığncağında gizli səsvermə yolu ilə seçilmiş İcma Biznes Qrupu təsisçi olaraq özəl istehsal və xidmət göstərilməsi üzrə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçmiş və icma üzvləri sahibkara çevrilmişlər. Bunun sayəsində ailələrin məşğulluq və gəlir əldə etmək imkanları genişlənib. Gözləntilər ondan ibarətdir ki, bu layihənin həyata keçirilməsi ailələrin iqtisadi durumuna müsbət təsir edəcək və əhalinin pul gəlirləri 15% artacaq. Ümumilikdə bu layihədən Kamallı, Naharlı, Hacıqasımlı və Məzrəli icmalarının 3272 nəfər əhalisi və fermerləri faydalanacaq. Layihənin açılışında Saatlı Rayon İcra Hakimiyyətinin başçısının müavini, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, AzKİL-2 Şimal zonası üzrə Proqram Mütəxəssisi Fəridə Eminova, Kamallı İcra Nümayəndəsi Əlbilal Əsədov, Kamallı Bələdiyyə sədri Qəfər Kazımov, kənd ağsaqqalları və ziyalılar iştirak etdilər. İştirakçılar öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının bariz nümunəsi olan ”Azərbaycan Kənd İnvestisiya Layihəsi”nin müstəsna mövqe və təqdirəlayiq xidmətlərini vurğulayaraq bu layihənin həyata keçirildiyi icma sakinlərini ürəkdən təbrik etdilər. Kənd ağsaqqaları və ziyalılar onların problemlərinin həllində göstərilən diqqətə görə Azərbaycan Hökumətinə, Saatlı Rayon İcra Hakimiyyətinə, AzKİL-ə və Dünya Bankına öz minnətdarlıqlarını bildiriblər. Rəmzi qırmızı lent kəsilməsinin və istismara verilən layihəyə birgə baxışın ardından Kamallı kəndinin özfəaliyyət ansamblı rəngarəng konsert proqramı ilə çıxış etdi.

    Bölmələr: Press reziler