» Press reziler » İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Həyata Keçirdiyi "İnkubator Sexinin Təşkili" layihəsinin Açılış Mərasimi

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Həyata Keçirdiyi "İnkubator Sexinin Təşkili" layihəsinin Açılış Mərasimi

Baxılıb: 588

  • Tarix: 29-05-2014, 11:12
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən həyata keçirilmiş ilk pilot gəligətirən layihənin açılış mərasimi 6 may 2014-cü il tarixində Balakən rayonunun Qaysa icmasında düzənləndi. Qaysa icması Balakən rayon mərkəzindən 19 km məsafədə yerləşir. İcmada və ətraf kəndlərdə gəlir gətirən sahələr üçün əlverişli şərait olsa da, konkret olaraq quşçuluğun inkişaf etdirilməsini üçün münbit şərait mövcud olmasına baxmayaraq inkubator sexinin olmaması müəyyən çətinliklər yaradırdı. Belə ki, sakinlər cücə almaq üçün rayon mərkizinə, yaxud da Zaqatala rayonuna getməli olurdular ki, bu da həm vaxt itkisinə, həmdə əlavə xərclərə səbəb olurdu. Bu promlemi həll etmək üçün Qaysa icmasında AzKİL 2-nin dəstəyi ilə "İnkubator Sexinin Təşkili" layihəsi uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində eni 8 m, uzunluğu 16,6 m olan inkubator sexi üçün bina tikilib. Torlu hasarla əhatə olunmuş həyətdə 2 tonluq su çəni estakada ilə birlikdə quraşdırılıb, sanitar qovşağı və çirkab quyusu tikilib. Bina həmçinin elektrik generatoru ilə təmin olunub. Layihəyə əsasən qadınlar cəlb edilib. Binanın daxilində bir dəfəyə cəmi 5120 cücə istehsal edən, hər birinin 1280 yumurta tutumu olan 4 inkubator şkafı mövcuddur. Aprelin 15-də icmada ilk yumurta yığımı və şkaflara yerləşdirilməsi başa çatdırılıb. Artıq Qaysa icmasında geniş icma yığncağında gizli səsvermə yolu ilə seçilmiş İcma Biznes Qrupu təsisçi olaraq özəl istehsal və xidmət göstərilməsi üzrə Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçmiş və icma üzvləri sahibkara çevrilmişlər. Bunun sayəsində ailələrin məşğulluq və gəlir əldə etmək imkanları genişlənib. Gözləntilər ondan ibarətdir ki, bu layihənin həyata keçirilməsi ailələrin iqtisadi durumuna müsbət təsir edəcək və əhalinin pul gəlirləri 15% artacaq. Layihənin açılışında Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, AzKİL-2 Şimal zonası üzrə Proqram Mütəxəssisi Akif Kərimli, Qaysa İcra Nümayəndəsi Meysarat Qaysayeva, Qaysa Bələdiyyə sədri Rəfail Oynağanov, kənd ağsaqqalları və ziyalılar iştirak etdilər. Tədbirdə həmçinin bir neçə televiziya kanallarının əməkdaşları təntənəli açılış barədə reportaj yayımlamaq üçün çəkiliş apardılar. İştirakçılar öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının bariz nümunəsi olan Azərbaycan Kənd İnvestisiya Layihəsinin müstəsna mövqe və təqdirəlayiq xidmətlərini vurğulayaraq bu layihənin həyata keçirildiyi icma sakinlərini ürəkdən təbrik etdilər. Kənd ağsaqqaları və ziyalılar onların problemlərinin həllində göstərilən diqqətə görə Azərbaycan Hökumətinə, Balakən Rayon İcra Hakimiyyətinə, AzKİL-ə və Dünya Bankına öz minnətdarlıqlarını bildiriblər. Rəmzi qırmızı lent kəsilməsinin və istismara verilən layihəyə birgə baxışın ardından Qaysa kəndinin folklor ansamblı rəngarəng konsert proqramı ilə çıxış etdi. Tədbirdə iştirak edən yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin hazırladıqları reportajlar həmin axşam xəbər bülletenlrində yayımlandı.

    Bölmələr: Press reziler