» Press reziler » İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı (Düzən-Şirvan zonası)

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransı (Düzən-Şirvan zonası)

Baxılıb: 424

  • Tarix: 8-03-2014, 12:45
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi "İcma layihələrində gender iştirakı" mövzusundakı növbəti regional konfransını 07 mart, 2013-cü il tarixdə Düzən-Şirvan zonasının Göyçay şəhərində təşkil etdi. Ucar, Yevlax, Göyçay, Ağdaş rayonlarının 20-dən çox icmasının (Qazyan, Bərgüşad, Səmədabad, Malbinəsi, Kürdəmiş, Cəyirli, Qaraxıdır, Ərəş, Yaldili, Qarabaqqal, Nemətabad və s.) 80-ə yaxın nümayəndəsi, bələdiyyə orqanlarının nümayəndələri tədbirdə iştirak etdilər.

    AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova İcma layihələrində gender iştirakı konfransının çox mühüm və önəmli bir günə - 8 mart Beynəlxalq Qadınlar Bayramı ərəfəsinə təsadüf etməsinin əlamətdarlığını dilə gətirərək, tədbirin zərif cins iştirakçılarının timsalında bütün azərbaycan qadınlarının bayramını təbrik edib, onlara can sağlığı, ailə səadəti, sülh və əminamanlıq arzuladı. Göyçay rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbəsinin müdiri Rəşad Şükürov, RİHB-nın humanitar məsələlər üzrə müavini Rəxşəndə Rəcəbova zonada aparılan quruculuq işlərində qadınalrın iştirakından, regionların sosial-iqtisadi inkişafında əvəzsiz xidmətləri olan AzKİL2 ilə qurulan əməkdaşlıqdan danışdılar.

    Təqdimatlar bölümündə İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri Ziba Quliyevanın Qadınların ictimai həyatda rolu mövzusunda çıxışı dinlənildi. Birliyin əsas fəaliyyət istiqamətinin qızların və qadınların maarifləndirilməsi, onların sosial-iqtisadi inkişafına töhfə vermək olduğunu bildirən təqdimatçı indiyə qədər bu sferada 100-ə qədər layihənin reallaşdırıldığını, müxtəlif mövzularda (erkən nikah, sağlamlıq maarifi və s.) maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırdı. AzKİL2 Köməkçi Heyətinin Baş Təlimçisi Tünzalə Hacıyeva "AzKİL-də Lider qadınları rolu" mövzusunda təqdimat etdi. Əməkdaşlıq edilən zonaların 50-yə yaxın qadın liderindən bəhs olunan təqdimat qadınların səfərbərlik, təlim, çarpaz görüş, icma şəbəkəsi, tamamlanmış layihələrin açılışı və digər fəaliyyətlərdəki iştirakını geniş əks etdirdi.

    Qadın və kişilərdən ibarət iki paralel qrupda "Ailədə və icma inkişafında qadınların rolu", və "Ailədə və icma inkişafında kişilərin rolu" başlıqları altında qrup işləri keçirildi. Qrup işlərində gender bərabərliyinin vacibliliyinin icma üçün əsas ehtiyac olduğu və bu bu ehtiyacın ödənilməməsinin icma inkişafının bir sıra mərhələlərində ciddi problemlər doğura biləcəyi qeyd edildi. Qrup işlərinin plenar təqdimatlarında Gülüş Rəhimova (Yevlax rayonu, Ərəş İQ sədri) və Hidayət Əliyev (Ucar rayonu, Qazyan İQ üzvü) çıxış etdilər. Qiymətləndirmədən sonra "İcma layihələrində gender iştirakı" mövzusundakı regional konfrans G.Qənbərovanın yekun nitqi ilə sona çatdı.

    Bölmələr: Press reziler