» Press reziler » İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransları start aldı (Şimal zonası)

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin İcma layihələrində gender iştirakı konfransları start aldı (Şimal zonası)

Baxılıb: 489

  • Tarix: 6-04-2013, 12:41
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi 05 mart, 2014-cü il tarixdə "İcma layihələrində gender iştirakı" mövzusunda Şimal zonasının Qəbələ şəhərində regional konfrans təşkil etdi. Qaysa, Abjit, Şərif, Yengiyan, Qandax, Püştəbala, Həmzəli, Tülü, Muğanlı, Faldarlı, Nuran, Uzuntala, Şotavar, Ləkit, Tasmalı və digər əməkdaşlıq edilən icmaların, bələdiyyə orqanlarının nümayəndələri tədbirdə iştirak etdilər. Konfrans demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla addımlayan Azərbaycan Respublikasının qadın hüquqlarının gündən-günə genişləndirilməsi yönündə həyata keçirdiyi dəyərli fəaliyyət sferasına AzKİL2-dən layiqli töhfə oldu. Açılışda İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Qəbələ rayon icra hakimiyyətinin baş məsləhətçisi Zahid Əfəndiyev, hüquqşünası Pakizə Abbasova, Şimal zonası üzrə Proqram mütəxəssisi Akif Kərimli çıxış etdilər.

    Təqdimatlar bölümündə ilk olaraq İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri Ziba Quliyevanın Qadınların ictimai həyatda rolu mövzusunda çıxışı dinlənildi. Birliyin əsas fəaliyyət istiqamətinin qızların və qadınların maarifləndirilməsi, onların sosial-iqtisadi inkişafına töhfə vermək olduğunu bildirən təqdimatçı indiyə qədər bu sferada 100-ə qədər layihənin reallaşdırıldığını, müxtəlif mövzularda (erkən nikah, sağlamlıq maarifi və s.) maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırdı. AzKİL2 Köməkçi Heyətinin Baş Təlimçisi Tünzalə Hacıyeva "AzKİL-də Lider qadınları rolu" mövzusunda təqdimat etdi. Əməkdaşlıq edilən zonaların 50-yə yaxın qadın liderindən bəhs olunan təqdimat qadınların səfərbərlik, təlim, çarpaz görüş, icma şəbəkəsi, tamamlanmış layihələrin açılışı və digər fəaliyyətlərdəki iştirakını geniş əks etdirdi.

    Təqdimatlardan sonra iki paralel qrupda "Ailədə və icma inkişafında qadınların rolu", və "Ailədə və icma inkişafında kişilərin rolu" başlıqları altında qrup işləri start aldı. Ardından keçirilən qrup işlərinin plenar təqdimatlarında Meysarat Qaysayeva (Balakən rayonu, Qaysa İQ üzvü), Rəşid Allahverdiyev (Qax rayonu, Şotavar İQ sədri) çıxış etdilər.

    İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin əməkdaşlıq etdiyi icmalarda inkişafa xüsusi təsir edən insanlar olan qadınların fəaliyyəti üçün yaratdığı zəruri şərait, imkan, spesifik xüsusiyyətlərə malik olan qadın resursundan öncəliklə və daima istifadə etmək təşəbbüsü arzu, təklif və rəylər bölməsində hamılıqla təqdir olunan və alqışlanan xüsuslardan oldu. Qiymətləndirmədən sonra "İcma layihələrində gender iştirakı" mövzusundakı regional konfransı yekun nitqi ilə G.Qənbərova başa çatdırdı.

    Bölmələr: Press reziler