» Press reziler » İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma Layihələrinin Dayanıqlığı" konfransları start aldı (Muğan-Salyan zonası)

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma Layihələrinin Dayanıqlığı" konfransları start aldı (Muğan-Salyan zonası)

Baxılıb: 468

  • Tarix: 11-02-2014, 12:33
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi 10 fevral, 2014-cü il tarixdə Saatlı rayonunda (Muğan-Salyan zonası) İcma layihələrinin dayanıqlığı mövzusunda konfrans təşkil etdi. Tədbirdə Sabirabad, Saatlı, Beyləqan, Ağcabədi, Neftçala, Biləsuvar rayonlarının 35-ə yaxın icmasından 70-dən çox nümayəndə bir araya gəldi. Konfransın məqsədi 2005-2014-cü illər ərzində həyata keçirilmiş icma layihələrinin istismar və dayanıqlıq məsələləri, təbii fəlakətlərin icma layihələrinə təsirinin aradan qaldırılması yollarının və s. müzakirəsi, tamamlanma prosesindən sonra layihələrin daha yaxşı qorunması istiqamətində aparılan fəaliyyətlərin təqdimi, bu sferada müzakirələrin təşkili və icmalararası qarşılıqlı təcrübə mübadiləsinin aparılması idi. Açılışda AzKİL2 Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Dünya Bankının AzKİL2 üzrə Task Meneceri Daniel Ouen, Sabirabad rayon icra hakimiyyəti başçısının iqtisadi məsələlər üzrə müavini Vahid Həsənov, AzKİL2 Muğan-Salyan zonası üzrə Proqram mütəxəssisi Fəridə Eminovanın çıxışları dinlənildi.

    Konfransın Təqdimatlar bölümündə AzKİL2 Muğan-Salyan zonası üzrə Proqram mütəxəssisi Fəridə Eminova və AzKİL2-nin Baş mühəndisi Mobil Verdiyevin Texniki və təşkilatı dayanıqlıq mövzusunda birgə təqdimatları dinlənildi. İcma Təqdimatları hissəsində Sabirabad rayonu, Qalağayın icması, İQ sədri Hacı Telman Qurbanov İcma layihələrinin isrismarı və dayanıqlığı, Sabirabad rayonu, Surra icması, İQ üzvü Mirhabil Səmədov Təbii fəakətlərin icma layihələrinə təsiri mövzularında təqdimat etdilər.

    Təqdimatdan sonra plenar müzakirələrə yer verildi. Çatdırılan təqdimatların interaktiv müzakirə diskussiyasında konfrans iştirakçıları mülahizə və təklifləri ilə çıxış edib, təqdimatçılara onları maraqlandıran suallar ünvanladılar. Sual-cavab hissəsi bitdikdən sonra keçirilən konfrans qiymətləndirilməsinin ardından G.Qənbərovanın yekun nitqi "İcma layihələrinin dayanıqlığı" konfransının işini başa çatdırdı.

    Bölmələr: Press reziler