» Press reziler » AzKİL2 Gəlir Gətirən Layihələr çərçivəsində İştiraklı Kənd Qiymətləndirməsi (İKQ) keçirdi

 
 
 

AzKİL2 Gəlir Gətirən Layihələr çərçivəsində İştiraklı Kənd Qiymətləndirməsi (İKQ) keçirdi

Baxılıb: 495

  • Tarix: 21-05-2013, 14:32
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Şimal və Muğan-Salyan zonaları üzrə gəlir gətirən layihələr üçün seçilən icmalardan olan və bu tip pilot layihələrın həyata keçiriləcəyi Ərəgit (İsmayıllı rayonu), Qaysa (Balakən rayonu) və Yuxarı Ağalı (Biləsuvar rayonu) icmalarında İştiraklı Kənd Qiymətləndirməsi (İKQ) təşkil etdi. İcmanın gəlir gətirən sahələrinin analiz olunması və açıq səsvermə yolu ilə mövcud gəlir gətirən fəalyyətlərin vaciblik dərəcəsinə görə sıralanması, biznes qrupunun gizli səsvermə yolu ilə seçilməsi məqsədi daşıyan tədbirlərdə LİQ, LKH nümayəndələri, RƏO işçiləri, Dünya Bankının əməkdaşları və ümumilikdə 550 nəfərdən çox icma sakini bir araya gəldi. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin Direktor müavini, Bacarıqların Artırılması və İcma İnkişafı üzrə menecer Gülbəniz Qənbərova, Dünya Bankının AzKİL2 üzrə Tapşırıq qrupunun rəhbəri Daniel Ouen, Dünya Bankının Əməliyyatlar üzrə mütəxəssisi Mirtl Diaçok, RƏO Proqram Mütəxəssisləri Akif Kərimli (Şimal zonası), Fəridə Eminova (Muğan-Salyan zonası), Biznes sahəsi üzrə səfərbərçi Əhməd Əliyev, Layihə Köməkçi Heyətinin Baş Təlimçisi Tünzalə Hacıyeva və digər əməkdaşlar tədbirlərdə iştirak etdilər.

    Çıxışlarda seminarın məqsədi, Qaysa, Ərəgit və Yuxarı Ağalı icmalarında həyata keçiriləcək gəlir gətirən layihələrin əhəmiyyətliliyindən bəhs olundu, İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin sosial dəyərlərə malik icmalarda bazar yönümlü fəaliyyətlərin inkişafına göstərdiyi diqqətdən danışıldı, bu sahədə vəzifələrin ictimai fəallığı ilə fərqlənən, sosial dəyərlərə malik icmaların müəyyən edilməsi, qiymətləndirilməsi, əlaqələndirilməsi, əməkdaşlıq, onlara texniki və maliyyə dəstəyi göstərilməsi, seçim meyarları barədə ətraflı məlumat verildi. Seminar iştirakçılarına gəlir gətirən fəaliyyətlərin analizi və sıralanması, biznes qrupunun seçilməsi proseslərinə ciddi diqqət yetirmələri tövsiyyə edildi. Ardından start alan paralel qrup müzakirələrində gəlir gətirən sahələrin analiz və müqayisəsi keçirildi, açıq səsvermə yolu ilə mövcud problemlər vaciblik dərəcəsinə görə sıralandı. Sıralanmada ən vacib hesab olunan beş problem göstərildi.

    Qaysa icması: I-İnkubator sexi, II-Fındıq emalı sexi, III-Şirniyyat sexi, IV-Qablaşdırma sexi (meyvə və tərəvəz),V-Süd emalı sexi
    Ərəgit icması: I-Bazar, II-Şirə sexi, III-Tikiş sexi, IV-Daş sexi, V-Quşçuluq
    Yuxarı Ağalı icması: I-Yem sexi, II-Şadlıq sarayı, III-Gözəllik salonu, IV-Tikiş sexi, V-Süd tədarükü

    İKQ seminarlarıının son nəticəsi olaraq isə biznes qrupları gizli səsvermə yolu ilə seçildi və və hər bir qrupa 5 nəfər olmaqla üzv təyin edildi.

    Bölmələr: Press reziler