» Press reziler » Bacarıqların Artırılması üzrə Regional Konfranslar

 
 
 

Bacarıqların Artırılması üzrə Regional Konfranslar

Baxılıb: 561

  • Tarix: 3-05-2013, 14:31
  • Bacarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən olan cari ilin sonuncu tədbiri 02 may, 2013-cü il tarixdə, Şimal zonasının İsmayıllı şəhərində keçirildi. Tədbirdə əməkdaşlıq edilən 21 icmanın (İlxıçı, Rəhimli, Pirhəsənli, Tüntül, Soltannuxa, Ruşan, Kortala, Göyəm, Ərəbuşağı, Tofiqi və s.) 70 nümayəndəsi bir araya gəldi. Açılışda AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Şimal zonası üzrə Proqram mütəxəssisi Akif Kərimli (Şimal zonası) çıxış etdilər.

    AzKİL2 haqqında filmin nümayişindən sonra işinə başlayan iki paralel qrup sesiyalarında Elman Məmmədovun (İsmayıllı rayonu, Buynuz icması, İQ üzvü) "İcma layihəsinin icrası dövründə daxili və xarici resurslardan istifadənin əhəmiyyəti" və Nigar Ömərovanın (Ağsu rayonu, İlxıçı icması, İQ üzvü) "İcmada səfərbərliyin əhəmiyyəti" təqdimatları çatdırıldı.

    1241 nəfər əhaliyə mənsub Buynuz icmasını konfransa tanıdan E. Məmmədov (İsmayıllı rayonu, Buynuz icması, İQ üzvü), AzKİL2 ilə əməkdaşlıq çərçivəsində kənddə baş tutan səfərbərlik prosesi, keçirilən təlimlər, daha öncə icmanın öz daxili imkanları hesabına həyata keçirdiyi "İcmadaxili yolların cari təmiri", "Suvarma arxlarının bərpası", "Məktəbin cari təmiri", "Transformatorların təmiri", "Qaz xəttinin çəkilməsi" layihələri barəsində məlumat verdi. İcma lideri təqdimatını AzKİL2-nin maddi dəstəyi ilə əməkdaşlıq nəticəsində uğurla tamamlanmış "İçməli su təminatı" layihəsi (d110 mm,1300 m,d75mm, 450m, d63 mm, 350 m, d20 mm-150 m. ümumi uzunluğu 2250 m, pvx boru çəkilmış su xətti, ümumi tutumu 16 ton 1 ədəd quraşdırılmış metal su çəni, fasadı rənglənmiş və çay daşından tikilmiş 3 ədəd 2 su açarlı bulaq), istismarı və dayanıqlığı, istismarı zamanı ətfraf mühitə təsiri, öyrənilmiş dərslər haqqında geniş məlumat ilə davam etdirdi.

    Ağsu rayonu, İlxıçı icması, İQ üzvü N.Ömərova 1007 nəfər insanın yaşadığı icma, onun təcrübəsi, daha əvvəllər daxili imkanlar hesabına reallaşmış "İcmadaxili yolların cari təmiri", "Suvarma arxlarının bərpası","Transformatorların təmiri" layihələrindən danışdı. İQ-nun düzgün seçimi, icma layihəsinin planlaşdırılması, layihə təklifinin və büdcənin düzğün hazırlanması, əmək töhfəsinin icmanın daxili resurslarına uyğunlaşdırılması, nəğd pulun bölüşdürülməsi (sosial təbəqələrə/tərkibə uyğunlaşdırılma), icma fondunun yaradılmasını qazanılan uğurlar olaraq dəyərləndirdi. İcma təmsilçisi AzKİL-lə qurulan əməkdaşlıq, hal-hazırda icrası uğurla davam etdirilən "Yolun bərpası" layihəsi (eni 4 m, uzunluğu 900 m, eni 3,5 m, uzunluğu 2700 m, eni 3m, uzunluğu 1920 m. olmaqla ümumi uzunluğu 5520 m. yolun təmiri, 2 ədəd yeni su keçidinin qoyulması, 5 ədəd köhnə su keçidinin bərpası, yolkənarı arxların təmizlənməsi, yolun üst qatına qırma daşın döşənməsi), layihənin icrasında dövlət qurumlarının yaxından iştirakı və bu dəstəyin yararlarını geniş təfsilatla çatdırdı.

    Sessiyalardan sonra keçirilən təqdimatlar ətrafında interaktiv müzakirə və sual-cavab diskussiyasında icma nümayəndələrindən Nail Ömərov (Ağsu rayonu, İlxıçı icması, İQ sədri), Gülbəniz Feyzullayeva (Rəhimli icması, İQ üzvü), Vüsal Abasov (Maşadqanlı icması, İQ sədri), Şəfəq Qəribova (Qəbələ rayonu,Tüntül icması, İQ sədri), Tofiq Mirzaliyev (Soltannuxa icması, İQ sədri), İsmət Mahmudov (İsmayıllı rayonu, Buynuz icması, İQ sədri), Aydın Babayev (Oğuz rayonu, Ərmənət icması, İQ sədri), Fatimə Bayramova (Balakən rayonu, Kortala icması, İQ sədri), Nərgiz Qurbanovanın (Zaqatala rayonu, Göyəm icması, İQ üzvü) çıxışları tədbirin diqqət çəkən məqamlarından oldu. Aparılan müzakirələri fasilitatorlar - Gülanə Quliyeva, Elşən Nağıyev, Səbirə Mehdiyeva, Rəşad Qaysayevin qrup işlərinin nəticələri barəsindəki məlumatları izlədi və tədbirdə fərqlənən icma nümayəndələrinə AzKİL-in simvolik hədiyyələrinin təqdiminin ardınca konfransın işi bağlı elan olundu.

    Bölmələr: Press reziler