» Press reziler » Bacarıqların Artırılması üzrə Regional Konfranslar

 
 
 

Bacarıqların Artırılması üzrə Regional Konfranslar

Baxılıb: 498

  • Tarix: 2-05-2013, 14:30
  • acarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən keçirilən ikinci tədbir 01 may, 2013-cü il tarixdə Şimal-Qərb zonasının Gəncə şəhərində baş tutdu. Əməkdaşlıq edilən 17-dən çox icmanın (Körpüsındıran, İkinci Nazırlı, Samuxlu, Soğanverdilər, Böyük Göyüşlü, İsmayıılbəyli, Kəbirli, Xoruzlu, Sarov, Xınalı, Bağçakürd, Xaqani və s.) 70-ə yaxın nümayəndəsinin qatıldığı tədbirin açılışında çıxış edən AzKİL2-in Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, Şimal-Qərb zonası üzrə Proqram mütəxəssisi Xudayar Gülmalıyev Bacarıqların Artırılması üzrə konfransların önəmliliyini vurğulayıb, icma inkişafının geniş vüsət aldığı dövrdə hökumətin Azərbaycan xalqına diqqətinin parlaq təzahürü olan AzKİL2-nin fəaliyyətindən söhbət açdılar. AzKİL haqqında təqdim edilən film konfrans iştirakçıları tərəfindən maraqla izlənildi və nümayiş toplantının diqqət çəkən məqamlarından oldu.

    Konfrans iştirakçılarının icmalarda həyata keçirilən layihələrlə, texniki icra zamanı əldə edilmış təcrübə və öyrənilmiş dərslərlə daha yaxından tanış olmaları üçün paralel qruplar halında sessiyalar işinə start verdi. Sessiyalarda Əfruz Babayeva (Tərtər rayonu, Sarov icması, İQ üzvü) "AzKİL ilə əməkdaşlıq nəticəsində icmada qadın fəallığının artması və bu fəallığın icma inkişafına təsiri" və Adil Qarayevin (Göygöl rayonu, Xəqani icması, İQ üzvü) "İcma inkişafında sosial iştirakın əhəmiyyəti" təqdimatları çatdırıldı.

    3020 nəfər əhalisi olan Sarov icmasını təmsil edən Əfruz Babayeva AzKİL-lə ilk əməkdaşlıq zamanı icmada həyata keçirilmiş "Yolun bərpası" layihəsi (çınqıl-qum qarışığı ilə bərpa olunmuş, ümumi uzunluğu 6550 m.olan yol, diametri 300/500 mm-lik dəmir boru ilə quraşdırılmış 5 ədəd su keçidi və 1800 m. qazılmış yolkənarı arxlar) haqqında söhbət açdı, AzKİL ilə təkrar qurulan uğurlu əməkdaşlıq nəticəsində reallaşmış "İcmanın abadlaşdırılması" layihəsi çərçivəsində kənd qəbiristanlığının ətrafının 900 m. uzunluqda hasarlandığını, 1 ədəd darvaza quraşdırıldığını diqqətə çatdırdı.

    Göygöl rayonu, Xəqani icmasının nümayəndəsi Adil Qarayev 3430 nəfər əhalisi olan icma haqqında ilkin məlumat verdikdən sonra, AzKİL-in maddi dəstəyi ilə həyata keçirilmiş "Yolun bərpası" layihəsi (çınqıl ilə bərpa olunmuş 7700 m. uzunluğunda, 3,5- 4 m. eniliyində yol,1800 m.təmizlənmiş yolkənarı arxlar), icma inkişafında sosial iştirakın əhəmiyyəti haqqında məlumat verdi, öyrənilmiş dərslər, qazanılan uğurlardan bəhs etdi.

    Sessiyalardan sonra çatdırılan təqdimatlar ətrafında aparılan interaktiv müzakirələr, təqdimatçılarla aparılan sual-cavab bölməsi ilə konfrans işini yüksək temp şəraitində davam etdirdi. Konfrans iştirakçılarından Əhliman Allahverdiyev (Bərdə rayonu, Körpüsındıran icması, İQ sədri), Həqiqət Babayeva (Soğanverdilər icması, İQ sədri), Könül Mahmudova (Tərtər rayonu, İsmayılbəyli icması, İQ sədri), Məzahir Mahmudov (Kəbirli icması, İQ sədri), Zahirə Hidayətova (Goranboy rayonu, Tapqaraqoyunlu icması, İQ üzvü),Vüqar Qasımov (Baxçakürd icması, İQ sədri), Nafiq Hüseynov (Göygöl rayonu, Xaqani icması, İQ sədri), Zenfira Əliyevanın (İQ üzvü) çıxışları müzakirə və sual-cavab disskusiyalarının interaktivliyini artırdı.

    Ardından AzKİL LİQ Layihə Köməkçi Heyətinin fasilitatorları Elnarə Qaraxanova, Elxan Məmmədov, İntizar Verdiyeva, Əhməd Əliyevin qrup işlərinin nəticələri barəsindəki məlumatları dinlənildi. Konfrans qiymətləndirilməsindən sonra AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova Bacarıqların Artırılması üzrə Regional Konfranslar silsiləsindən olan növbəti tədbiri yekun nitqi ilə sona yetirdi.

    Bölmələr: Press reziler