» Press reziler » "İcma Layihələrinin Dayanıqlığı" konfransı

 
 
 

"İcma Layihələrinin Dayanıqlığı" konfransı

Baxılıb: 650

  • Tarix: 20-02-2013, 14:23
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi 19 fevral, 2013-cü il tarixdə Sabirabad şəhərində (Muğan-Salyan zonası) "İcma layihələrinin dayanıqlığı" mövzusunda konfrans təşkil etdi. Tədbirdə Neftcala, Biləsuvar, Saatlı, Sabirabad, Ağcabədi, İmişli rayonlarının 30-dan çox icmasından 50 nümayəndə bir araya gəldi. Açılışda AzKİL2-nin İnformasiya və Əlaqələr üzrə mütəxəssisi Fərman Həsənov, AzKİL2 Muğan-Salyan zonası üzrə Proqram mütəxəssisi Fəridə Eminova, Layihə Köməkçi Heyətinin Baş Təlimçisi Tünzalə Hacıyeva çıxış etdilər.

    Proqram mütəxəssisi Fəridə Eminova "AzKİL2-nin əməkdaşlıq etdiyi icmalarda institutsional dayanıqlığın mənzərəsi" mövzusunda təqdimat etdi. İcmanın ehtiyaclarının qiymətləndirilməsi mərhələsindən başlayan, icma inkişafının əsas göstəricilərindən olan dayanıqlıq, onun xüsusiyyətləri haqqında məlumat verən Fəridə Eminova Muğan-Salyan zonasında həyata keçirilmiş 148 icma layihəsi, icmalarla qurulan əməkdaşlıqdan söhbət acdı. F.Eminova Yuxarı Ağalı, Bəydili (Biləsuvar rayonu), Şirinbəyli (Saatlı rayonu) icmalarını iqtisadiyyat, ekologiya və mülkiyyət arasında əlaqəli inkişaf seçiminə uyğun olaraq fəaliyyət göstərən dayanıqlı icmalar olaraq təqdim etdi.Yenikənd, Mürsəlli (Sabirabad rayonu) icmalarında dayanıqlığı qənaətbəxş, Qarayevkənd, Soltanabad, Xanlarkənd (Saatlı rayonu) icmalarının fəaliyyətini zəif qiymətləndirdi.

    Sabirabad rayonu, Yenikənd icması, İQ sədri İlham Abışovun "İcma layihələrinin istismarı və dayanıqlığı" mövzusunda təqdimatı dinlənildi.

    AzKİL2-nin texniki təzhizatçısı Mobil Verdiyev "İkinci Azərbaycan Kənd İnvestisiya Layihələrində Dayanıqlıq və İstismar" mövzusunda təqdimat etdi.O, dayanıqlıq və istisamarın tamamlanmış icma layihələrinin yaxın və uzaq gələcəkdəki durumu, keyfiyyəti, istismara yararlığının vəziyyəti, effektiv istfadə, maksimum faydalanma kimi müddəalara əsaslandığını bildirdi. Bu məqsədlə fəaliyyət göstərən komissiyanın dayanıqlıq, istismara aid bütün məsələləri həll etmək, dayanıqlıq planının hazırlanması, dayanıqlıq fondunun hesablanması, vəsaitin yığılması və xərclənməsində yaxından iştirakda məsulluğundan, dayanıqlığa təsir göstərən amillər, onların mənfi və müsbət xüsusiyyətlərindən sıhbət açdı. M.Verdiyevin dayanıqlıq planı, sosial-iqtisadi inkişaf həfəfləyən dayanıqlıq fondu, fondun yığılması, saxlanması, xərclənməsi, təhlükəsizlik texnikası barədə də ətraflı məlumatı maraq doğurdu.

    Çatdırılan təqdimatların müzakirələrində konfrans iştirakçıları fəal iştirak etdilər, təqdimatçılara bəhsigedən mövzuda suallar ünvanladılar. Konfrans qiymətləndirilməsinin ardından tədbir işini başa çatdırdı.

    Bölmələr: Press reziler