"İCMA LAYİHƏLƏRİNİN DAYANIQLIĞI" KONFRANSI

baxılıb: 527

  • Tarix: 16-02-2011, 21:33
  • Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyətində "İcma layihələrinin dayanıqlığı" mövzusundakı konfranslar mühüm yer tutur. Tamamlanmış icma layihələrinin işlək, istifadəyə yararlı vəziyyətdə saxlanılıb fəaliyyətin və ya əldə olunmuş nailiyyətin uzun müddət davam edərək növbəti mərhələlərə keçirilməsi prosesi olan davamlılığın gündəmə gətirilməsi, tamamlanma prosesindən sonra layihələrin daha yaxşı qorunması istiqamətində aparılan fəaliyyətlərin təqdimi, bu sferada müzakirələrin təşkili və icmalararası qarşılıqlı təcrübə mübadiləsinin aparılması bu konfransların məramını təşkil edir.

    Bölmələr: main

     

    Bacarıqların artırılması üzrə Regional Konfranslar

    baxılıb: 546

  • Tarix: 9-12-2010, 21:32
  • Noyabr - dekabr aylarında AzKİL Layihə İdarəetmə Qrupu Köməkçi Heyəti Naxçıvan, Şimal və Şimal-Qərb zonalarında Bacarıqların Artırılması üzrə növbəti Regional Konfranslar təşkil etdi."Azərbaycan Kənd İnvestisiya Layihəsi"nin dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən il ərzində bir dəfə hər layihə zonasında keçirilən Bacarıqların artırılması üzrə Regional Konfranslar işini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar münasibətlərin yaradılması və davamı, qarşılıqlı yararlanma zəminində qurmaqdadır. AzKİL-in önəmli fəaliyyət istiqamətlərindən olan İcma Şəbəkəsinin tərkibində müstəsna mövqeyə sahib Bacarıqların artırılması üzrə Regional Konfranslarda icmalar əldə olunan nailiyyətlər, mənimsənilmiş təcrübə, öyrənilmiş dərsləri müxtəlif təqdimatlar, çıxışlar, müzakirə sessiyaları, diskussiyalar vasitəsi ilə gündəmə gətirərək tədbir iştirakçıları ilə bölüşür, icma inkişafı sahəsində bilik və bacarıqlarını artırırlar

    Bölmələr: main

     

    Dünya Bankı vitse-prezidentinin missiyası

    baxılıb: 576

  • Tarix: 15-09-2010, 21:29
  • Yaxın günlərdə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Philippe Le Houerou Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur. Səfərin məqsədi ölkə rəhbərliyi, yüksək səviyyəli hökumət rəsmiləri, tərəfdaşlar, biznes dairələri və vətəndaş cəmiyyəti ilə ölkənin davamlı iqtisadi artım və diversifikasiyası, həmçinin insan kapitalının inkişaf etdirilməsinin dəstəklənməsi sahəsində Dünya Bankının fəaliyyətinin mümkün istiqamətləri barədə müzakirələr, ölkəmizdə son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək işlər ətrafında fikir mübadilələri, bir sıra beynəlxalq layihələrin həyata keçirilməsi yönündə işgüzar söhbətlər aparmaq olmuşdur.

    Bölmələr: main

     

    İşçi Qrupun iclası

    baxılıb: 676

  • Tarix: 24-07-2010, 21:27
  • 23 iyul, 2010-cu il tarixdə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan "Azərbaycan Kənd İnvestisiya Layihəsi"nin Koordinasiya edilməsi üçün yaradılmış Işçi Qrupunun iclası təşkil olundu. İclasda "Ümid" HSSC BP Şimal Layihəsinin Əlaqələndiricisi, İcma İnkişafı üzrə mütəxəssis Səbirə Mehdiyeva, Şimal zonası üzrə RQTK sədri Firdovsi Cavadov Şimal-Qərb zonası üzrə RQTK sədri Qalib Mirzəyev, Naxçıvan MR RQTK sədri Nurəddin Babayev, İqtisadi İnkişaf Nazirliyi, Regional İnkişaf şöbəsinin aparıcı məsləhətçisi Amil Əlili, Kənd Təsərrüfatı Nazirliyi mərkəzi aparatının investisiya, proqram və layihələrin hazırlanması şöbəsinin aparıcı mütəxəssisi Əli Vəliyev, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin kadrlarla iş və təsərrüfat şöbəsinin müdiri İlyas Qasımov iştirak etdilər.

    Bölmələr: main

     

    IV Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası

    baxılıb: 510

  • Tarix: 15-06-2010, 21:23
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi "Azərbaycan Kənd İnvestisiya Layihəsi" çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi fəaliyyətini icmaların bacarıqlarının artırılması, mənimsənilməsi, biliklərin yayılması, qazanılmış təcrübələrin bölüşdürülməsi, inteqrasiya, qarşılıqlı yararlanma kimi önəmli məqsədlər əsasında qurur. Qarşıdakı məqsədlərinə nail olmaqla icma şəbəkəsini genişləndirməyi hədəfləyən IV Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası 06 - 14 iyun tarixlərində növbəti işini Quba - İsmayıllı - Şamaxı - Bərdə - Goranboy - Göygöl - Gədəbəy - Tovuz - Gəncə - Naxçıvan xəttində uğurla icra etdi.

    Bölmələr: main