Növbəti icma layihələrinin açılış mərasimləri

baxılıb: 692

  • Tarix: 8-05-2012, 22:09
  • 7 may, 2012-ci il tarixdə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi, Azərbaycan Kənd İnvestisiya Layihəsinin Şimal-Qərb zonasında həyata keçirdiyi növbəti icma layihələrinin - Goranboy rayonunun, Ağamalıoğlu icmasında Su sisteminin bərpası, Bərdə rayonunun Otuzikilər icmasında Su sisteminin bərpası, Qaradağlı icmasında Yolun bərpası layihələrinin açılış mərasimləri düzənləndi..

    Bölmələr: main

     

    "İcma Layihələrində Gender İştirakı" konfransı

    baxılıb: 683

  • Tarix: 7-03-2012, 22:07
  • 6 mart, 2012-ci il taixdə Azərbaycan Kənd İnvestisiya Layihəsi İcma layihələrində gender iştirakı mövzusunda regional konfrans təşkil etdi. AzKİL-in fəaliyyət əhatəsində yer tutan Şimal-Qərb zonasının Bərdə şəhərində düzənlənən tədbirdə əməkdaşlıq edilən icmaların (Otuzikilər, Mirzəcəfərli, Qaradəmirçi, Lək, Əlyanlı, Qayabaşı, Kiş, Almalı, Turaclı, Tofiqi, Padar və s.), bələdiyyə orqanlarının nümayəndələri iştirak etdilər..

    Bölmələr: main

     

    "İcma Layihələrinin Dayanıqlığı" konfransı

    baxılıb: 606

  • Tarix: 2-03-2012, 22:06
  • Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyətində İcma layihələrinin dayanıqlığı mövzusundakı konfranslar mühüm yer tutur. Tamamlanmış icma layihələrinin işlək, istifadəyə yararlı vəziyyətdə saxlanılıb fəaliyyətin və ya əldə olunmuş nailiyyətin uzun müddət davam edərək növbəti mərhələlərə keçirilməsi prosesi olan davamlılığın gündəmə gətirilməsi, tamamlanma prosesindən sonra layihələrin daha yaxşı qorunması istiqamətində aparılan fəaliyyətlərin təqdimi, bu sferada müzakirələrin təşkili və icmalararası qarşılıqlı təcrübə mübadiləsinin aparılması bu konfransların məramını təşkil edir..

    Bölmələr: main

     

    Bacarıqların Artırılması üzrə Regional Konfranslar

    baxılıb: 623

  • Tarix: 1-03-2012, 22:04
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi əhatə etdiyi Şimal, Şimal-Qərb, iqtisadi zonalarında Bacarıqların artırılması üzrə Regional Konfranslar silsiləsindən növbəti tədbirlər təşkil etdi.

    Bölmələr: main

     

    Növbəti icma layihələrinin açılış mərasimləri

    baxılıb: 600

  • Tarix: 22-12-2011, 22:01
  • 21 dekabr 2011-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyində icra olunan və Azərbaycan Hökuməti ilə Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) gerçəkləşdirdiyi növbəti icma layihələrinin açılış mərasimi İsmayıllı rayonunun Mollaisaqlı və Hacıhətəmli icmalarında düzənləndi.

    Bölmələr: main