AzKİL-2-nin əsas komponentlərindən biri olan Bacarıqların Artırılması komponenti səfərbərlik seminarları, təlimlərlə yanaşı həm də "icma şəbəkələşməsi" kimi fəaliyyətlər əsasında da reallaşdırılır. Buna görə də İcma inkişafında nəzərə çarpacaq dərəcədə əhəmiyyəti olan, əsas fəaliyyətini icmaların inkişafı üçün faydalı təcrübələrin və öyrənilmiş dərslərin yayilması, icmaların biri-birinə inteqrasiya etməsi, birgə layihə həyata keçirmək və planlaşdırma, işgüzar əlaqələrin qurulması və s. əsasında qurulan “İcma şəbəkələşməsinin” bünövrəsi isə “Zonadaxili qarşılıqlı görüşlər” vasitəsilə öz işinə başlayır.