III MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

baxılıb: 608

  • Tarix: 20-07-2011, 21:59
  • 2011-ci il iyul ayının 18-19-da Bakı şəhərində, Qrand Avropa otelində, AzKİL-in Layihə İdarəetmə Qrupunun təşkilatçılığı və maliyyə dəstəyi ilə AzKIL Icma Şəbəkəsi proqramının zirvə toplantısı olan III Milli İcma İnvestisiya Konfransı keçirilmişdir...
    III MİLLİ İCMA İNVESTİSİYA KONFRANSI

    Bölmələr: main

     

    AzKİL 2 - ƏTRAF MÜHİT ÜZRƏ İDARƏETMƏ PLANININ İCTİMAİYYƏTƏ AÇIQLANMASI

    baxılıb: 526

  • Tarix: 11-03-2011, 21:57
  • Regional infrastrukturun davamlı inkişafı sahəsində prioritet layihələrin hazırlanması, onların müzakirə, qəbul və gerçəkləşdirilməsində milli sərvətimizin ən qiymətli komponenti olan ətraf mühitin mühafizəsi və bərpası, onun çirklənməsinin azaldılması, ekoloji təhsil, maarifləndirmə məsələlərinə işıq tutan, AzKİL-in ekologiya sferasındakı siyasətinin bariz göstəricisi olan ətraf mühit seminarları qarşıya qoyduğu "İkinci AzKİL Ekoloji İdarəetmə Planı"nın ictimaiyyətə tanıtmaq missiyasını da müvəffəqiyyətlə yerinə yetirdi, əməkdaşlıq edilən icmaların, yerli icra və bələdiyyə orqanlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional bölmə, QHT nümayəndələrini bir araya gətirərək bu silsilə tədbirlərin əhəmiyyətliliyini bir daha təsdiq etdi.

    Bölmələr: main

     

    AzKİL 2- nin EKOLOJİ İDARƏETMƏ PLANI HAZIRLANMIŞDIR

    baxılıb: 510

  • Tarix: 7-03-2011, 21:35
  • Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatlar uğurlu nəticələr verməkdədir. Bu baxımdan xüsusi olaraq Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafını qeyd etmək lazımdır. Son illər qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilən proqramlar sırasında Azərbaycan Kənd İnvestisiya Layihəsinin önəmli yeri var.

    Azərbaycan Hökuməti və Dünya Bankı arasında olan razılaşmaya əsasən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən genişmiqyaslı İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin Azərbaycan Kənd İnvestisiya Layihəsinin mövcud zonalarına daxil olmayan yeni 11 rayon da əlavə olmaqla ölkənin bütün rayonlarında reallaşması planlaşdırılır.

    Layihəyə əlavə edilmiş yeni ərazilərdə ekoloji cəhətdən həssas obyektlər olduğu üçün (Milli Parklar, Dövlət Qoruqları və s.) icma layihələrinin seçimi barədə qərarvermənin təkmilləşdirilməsi məqsədi ilə İkinci AzKİL Ekoloji İdarəetmə Planı hazırlanmışdır.

    Bölmələr: main

     

    "İCMA LAYİHƏLƏRİNİN DAYANIQLIĞI" KONFRANSI

    baxılıb: 479

  • Tarix: 16-02-2011, 21:33
  • Azərbaycan Kənd İnvestisiya Layihəsinin fəaliyyətində "İcma layihələrinin dayanıqlığı" mövzusundakı konfranslar mühüm yer tutur. Tamamlanmış icma layihələrinin işlək, istifadəyə yararlı vəziyyətdə saxlanılıb fəaliyyətin və ya əldə olunmuş nailiyyətin uzun müddət davam edərək növbəti mərhələlərə keçirilməsi prosesi olan davamlılığın gündəmə gətirilməsi, tamamlanma prosesindən sonra layihələrin daha yaxşı qorunması istiqamətində aparılan fəaliyyətlərin təqdimi, bu sferada müzakirələrin təşkili və icmalararası qarşılıqlı təcrübə mübadiləsinin aparılması bu konfransların məramını təşkil edir.

    Bölmələr: main

     

    Bacarıqların artırılması üzrə Regional Konfranslar

    baxılıb: 493

  • Tarix: 9-12-2010, 21:32
  • Noyabr - dekabr aylarında AzKİL Layihə İdarəetmə Qrupu Köməkçi Heyəti Naxçıvan, Şimal və Şimal-Qərb zonalarında Bacarıqların Artırılması üzrə növbəti Regional Konfranslar təşkil etdi."Azərbaycan Kənd İnvestisiya Layihəsi"nin dəstəyi ilə fəaliyyət göstərən icmalar tərəfindən il ərzində bir dəfə hər layihə zonasında keçirilən Bacarıqların artırılması üzrə Regional Konfranslar işini icmaların inkişafı üçün faydalı təcrübə və öyrənilmiş dərslərin yayılması, işgüzar münasibətlərin yaradılması və davamı, qarşılıqlı yararlanma zəminində qurmaqdadır. AzKİL-in önəmli fəaliyyət istiqamətlərindən olan İcma Şəbəkəsinin tərkibində müstəsna mövqeyə sahib Bacarıqların artırılması üzrə Regional Konfranslarda icmalar əldə olunan nailiyyətlər, mənimsənilmiş təcrübə, öyrənilmiş dərsləri müxtəlif təqdimatlar, çıxışlar, müzakirə sessiyaları, diskussiyalar vasitəsi ilə gündəmə gətirərək tədbir iştirakçıları ilə bölüşür, icma inkişafı sahəsində bilik və bacarıqlarını artırırlar

    Bölmələr: main