Növbəti zonadaxili Qarşılıqlı Görüş Şimal zonasının Qusar rayonu ərazisində baş tutdu. Qusar rayonunun Bədirqala, Xudat Qazmalar, Yasab və Balaqusar icmalarının fəalları və İQ üzvlərinin təmsil olunduğu bu görüşdə AzKİL-in direktor müavini, İcma inkişafı və Bacarıqların Artırılması üzrə meneceri Gülbəniz Qənbərova və Baş Təlimçi Tünzalə Hacıyeva da iştirak edirdi.

