» main » AzKİL EKOLOJİ İDARƏETMƏ PLANI HAZIRLANMIŞDIR

 
 
 

AzKİL EKOLOJİ İDARƏETMƏ PLANI HAZIRLANMIŞDIR

Baxılıb: 469

  • Tarix: 1-01-2008, 20:41
  • Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatlar uğurlu nəticələr verməkdədir. Bu baxımdan xüsusi olaraq Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafını qeyd etmək lazımdır. Son illər qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilən proqramlar sırasında Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) önəmli yeri var.

    2004-cü ilin sentyabrında Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış və dəyəri 21,1 milyon dollar olan uzunmüddətli Kredit Sazişi əsasında fəaliyyət göstərən AzKİL ölkənin 21 rayonunu əhatə edən 3 bölgədə əhalinin sosial infrastruktura çıxışının yaxşılaşdırılmasına yönələn 450-yə yaxın layihənin üzərində çalışır. Layihəni Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi həyata keçirir. Azərbaycan Hökuməti və Dünya Bankı arasında olan razılaşmaya əsasən Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən Azərbaycan Kənd İnvestisiya Layihəsi əlavə maliyyə vəsaiti ayrılması nəzərdə tutulur. Bu vəsaitin Azərbaycan Kənd İnvestisiya Layihəsinin mövcud zonalarına daxil olmayan yeni 23 rayonda reallaşması planlaşdırılır.

    Layihəyə əlavə edilmiş yeni ərazilərdə ekoloji cəhətdən həssas obyektlər olduğu üçün (Milli Parklar, Dövlət Qoruqları və s.) icma layihələrinin seçimi barədə qərarvermənin təkmilləşdirilməsi məqsədi ilə AzKİL Ekoloji İdarəetmə Planı hazırlanmışdır. Bu plan eyni zamanda AzKİL tərəfindən maliyyələşdiriləcək İcma Layihələrinin ekoloji məsələlərinin həlli üçün çərçivə sənədidir.

    AzKİL tərəfindən maliyyələşən İcma Layihələri üçün Dünya Bankı tərəfindən tələb olunan Ətraf Mühit Təhlilinin (ƏMT) əhatə dairəsi və intensivliyi təklif olunan İcma Layihələrinin spesifik xüsusiyyətləri ilə təyin edilir. ƏMT icma tərəfindən təklif olunan potensial İcma Layihəsinin müəyyənləşdirilməsi, dizaynı, qiymətləndirilməsi, icrası və icradan sonra qiymətləndirilməsi prosesinin tərkib hissəsidir.

    Bu barədə əlavə məlumat almaq istəyən və hazırlanmış Ekoloji İdarəetmə Planı ilə maraqlanan bütün şəxslər bu sənədi Şəmkir, Samux, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı və Quba rayonlarının İcra Hakimiyyətlərindən və Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 40 Hökumət evi, otaq 801 ünvanda yerləşən AzKİL Layihə İdarəetmə Qrupundan əldə edə bilərlər. AzKİL Ekoloji İdarəetmə Planı eyni zamanda www.azrip.org: www.mqfxeber.az; www.azerweb.com internet səhifələrində və dövri mətbuat səhifələrində işıqlanacaq.

    Bölmələr: main