» main » “İcma layihələrində gender iştirakı” konfransı (Şimal zonası)

 
 
 

“İcma layihələrində gender iştirakı” konfransı (Şimal zonası)

Baxılıb: 563

  • Tarix: 7-03-2013, 00:00
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma layihələrində gender iştirakı" mövzusundakı növbəti regional konfransı 06 mart, 2013-cü il taixdə Şimal zonasının İsmayıllı şəhərində keçirildi. AzKİL2-nin fəaliyyət əhatəsində yer tutan Qaraqoyunlu, İlxıçı, Çaparlı, Zarağan, Tikanlı, Topçu, Talalar, Göyəm, Qararvəlli və digər icmaların, bələdiyyə orqanlarının nümayəndələri tədbirdə bir araya gəldilər.

    AzKİL2-nin Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova fəaliyyətə başlanılan müddətdən günümüzə qədər gender bərabərliyi çərçivəsində həyata keçirilən işləri özətlədi, bu sahəyə yetirilən diqqətin gələcəkdə də artırılacağını bildirdi. Daima inkişafda olan cəmiyyətdə sosioloji fərq olan cinsin dəyişikliyə uğraya bildiyini, qadın və kişilərin ictimai həyatdakı rolunun nisbətinin keçmişə nəzərən daha da təkamülləşdiyi və zaman çərçivəsində fəaliyyət göstərən müxtəlif cəmiyyətlərdə hər iki cinsin durumunun qeyri-bənzərliyini vurğuladı. Şimal zonası üzrə Proqram Mütəxəssisi Akif Kərimli icma inkişafında cender məsələlərinin daşıdığı önəmdən, onu ərsəyə gətirən faktorlardan danışaraq AzKİL2-nin bu sferadakı həssasiyyatı, ölkəmizdə və dünyada qadın məfhumunun əyarı, onun hüquq, mövqe, xüsusiyyətləri barəsində söhbət açdı. AzKİL2-nin regionda fəaliyyət göstərdiyi dövr ərzində gender sahəsinin hər zaman müstəsna mövqe daşıdığını, icmalarla əməkdaşlıqda bu vazkeçilməz amilə daima önəm verildiyini qururla bildirdi.

    Konfransın Təqdimatlar bölümündə AzKİL2 LKH-nin informasiya və əlaqələr üzrə işçisi Səbirə Mehdiyevanın "Gender bərabərliyi-qadın hüquqları, onun qorunması" mövzusunda çıxışı dinlənildi. Təqdimatda AzKİL2-nin fəaliyyət zonalarında gender iştirakı haqqında geniş məlumat verildi, icmalarda inkişafa xüsusi təsir edən qüvvə olan qadınlar, onlar üçün yaradılan zəruri şərait və imkan, spesifik xüsusiyyətlərə malik olan qadın resursundan bəhs edildi.

    Amidə Mehdiyeva, Rəşad Qaysayev, Rizvan Mirzəyev, Elşən Nağıyevin fasilitatorluqları ilə qadın və kişilərdən ibarət iki paralel qrupda "İcma layihəsi və gender" mövzusu əhatəsində qrup işləri keçirildi. Qrup işlərində gender bərabərliyinin vacibliliyinin icma üçün əsas ehtiyac olduğu və bu bu ehtiyacın ödənilməməsinin icma inkişafının bir sıra mərhələlərində ciddi problemlər doğura biləcəyi qeyd edildi. Bildirildi ki, genderlə bağlı təbliğat işləri və metodların əsas məqsədi qadınların icmada rolunun düzgün izah olunmasına xidmət etməlidir. İcmada təmsil olunma, qadınların rifahının yaxşılaşması, problemlərin birgə obyektiv həlli, öz problemini özü həll etmək, iştirakçılıq kimi vacib amillər deməkdir. Hər hansı bir layihənin seçilməsində və işlənib hazırlanmasında qadınların yaxından iştirakının həm layihələrin keyfiyyətini, həm də faydalanma dəyərini artırır kimi xüsuslar qrup işlərində irəli sürülən əsas müddəalar oldu.İcmalarda gender inkişafına dəstəyin daha da artırılması, xüsusən qadınlarda özünəinam hissinin yüksəlməsi yönündə tədbir və maarifləndirmə işlərinin genişləndirilməsi, yerli idarəetmə orqanları ilə icmalar arasında əməkdaşlıqda qadınların fəal iştirakı üçün verilən imkanların çoxalması arzu edildi.Qrup işlərinin plenar təqdimatlarında Xavər Allahverdiyeva (İsmayıllı rayonu, Qurbanəfəndi İQ üzvü) və Elman Məmmədov (İsmayıllı rayonu, Buynuz İQ üzvü) çıxış etdilər. Ardından, cəmiyyətin stereotip mənzərəsini-müxtəlif cinslər arasında mövcud olan qeyri-bərabərliyi əks etdirən səhnəçik göstərildi.

    Nüsrətəli Məmmədov (Ağsu rayonu, Çaparlı İQ sədri), Şirvan Nuriyev (Bozavand İQ sədri), Müşgünaz Mirzəliyeva (Pirhəsənli İQ üzvü), Sənubər Əhmədova (Qəbələ rayonu, Zarağan İQ üzvü), Şəfəq Qəribova (Tüntül İQ sədri), Rəhilə Xəlilova (İsmayıllı rayonu, Topçu İQ üzvü), Elmira Süleymanova (Balakən rayonu,Talalar İQ üzvü), Sevda Atayeva (Zaqatala rayonu, Çobankol İQ üzvü), Əsmər Manafova (Şamaxı rayonu, Çaylı İQ üzvü), Xədicə Şirinova (Ağdaş rayonu, Tofiqi İQ üzvü) konfransın işində daha fəal iştirakları ilə seçildilər.Qiymətləndirmədən sonra "İcma layihələrində gender iştirakı" mövzusundakı regional konfrans G.Qənbərovanın yekun nitqi ilə sona çatdı.

    Bölmələr: main