» main » "İcma Layihələrinin Dayanıqlığı" konfransı (Muğan-Salyan zonası)

 
 
 

"İcma Layihələrinin Dayanıqlığı" konfransı (Muğan-Salyan zonası)

Baxılıb: 715

  • Tarix: 20-02-2013, 00:00
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi 19 fevral, 2013-cü il tarixdə Sabirabad şəhərində (Muğan-Salyan zonası) "İcma layihələrinin dayanıqlığı" mövzusunda konfrans düzənlədi. Tədbirdə Neftcala, Biləsuvar, Saatlı, Sabirabad, Ağcabədi, İmişli rayonlarının 30-dan çox icmasından 50 nümayəndə bir araya gəldi. Konfransın məqsədi tamamlanmış icma layihələrinin işlək, istifadəyə yararlı vəziyyətdə saxlanılıb fəaliyyətin və ya əldə olunmuş nailiyyətin uzun müddət davam edərək növbəti mərhələlərə keçirilməsi prosesi olan davamlılığın gündəmə gətirilməsi, tamamlanma prosesindən sonra layihələrin daha yaxşı qorunması istiqamətində aparılan fəaliyyətlərin təqdimi, bu sferada müzakirələrin təşkili və icmalararası qarşılıqlı təcrübə mübadiləsinin aparılması idi. Açılışda AzKİL2-nin İnformasiya və Əlaqələr üzrə mütəxəssisi Fərman Həsənov, AzKİL2 Muğan-Salyan zonası üzrə Proqram mütəxəssisi Fəridə Eminova, Layihə Köməkçi Heyətinin Baş Təlimçisi Tünzalə Hacıyeva çıxış etdilər.

    Proqram mütəxəssisi Fəridə Eminova "AzKİL2-nin əməkdaşlıq etdiyi icmalarda institutsional dayanıqlığın mənzərəsi" mövzusunda təqdimat etdi. İcmanın ehtiyaclarının qiymətləndirilməsi mərhələsindən başlayan, icma inkişafının əsas göstəricilərindən olan dayanıqlıq, onun xüsusiyyətləri haqqında məlumat verən Fəridə Eminova Muğan-Salyan zonasında həyata keçirilmiş 148 icma layihəsi, icmalarla qurulan əməkdaşlıqdan söhbət acdı. F.Eminova Yuxarı Ağalı, Bəydili (Biləsuvar rayonu), Şirinbəyli (Saatlı rayonu) icmalarını iqtisadiyyat, ekologiya və mülkiyyət arasında əlaqəli inkişaf seçiminə uyğun olaraq fəaliyyət göstərən dayanıqlı icmalar olaraq təqdim etdi.Yenikənd, Mürsəlli (Sabirabad rayonu) icmalarında dayanıqlığı qənaətbəxş, Qarayevkənd, Soltanabad, Xanlarkənd (Saatlı rayonu) icmalarının fəaliyyətini zəif qiymətləndirdi.

    Sabirabad rayonu, Yenikənd icması, İQ sədri İlham Abışovun "İcma layihələrinin istismarı və dayanıqlığı" mövzusunda təqdimatı dinlənildi. 2980 nəfər əhalisi olan Yenikənd icmasının tarixi, ərazisi, əhalisi haqqında danışan İlham Abışov kənddə əsas məşğuliyyətin heyvandarlıq, əkinçilik olduğunu söylədi.İkinci Kənd İnvestisiyaları Layihəsi ilə əməkdaşlıq çərçivəsində kənddə baş tutan səfərbərlik prosesi, keçirilən təlimlərdən söhbət açan təqdimatçı, daha əvvəllər icmanın "Su nasoslarına elektrik xətlərinin çəkilməsi" (CHF təşkilatının maddi dəstəyi ilə) layihəsini həyata keçirdiyini bildirdi. İcma lideri təqdimatını AzKİL2-nin maddi dəstəyi ilə ilk əməkdaşlıq nəticəsində üç ay müddətində uğurla tamamlanmış "Yolun bərpası" layihəsi (6 km.uzunluğunda yol), istismarı və dayanıqlığı, istismarı zamanı ətfraf mühitə təsiri, öyrənilmiş dərslər haqqında geniş məlumat ilə davam etdirdi. İ.Abışov AzKİL2 ilə təkrar əməkdaşlıq çərçivəsində ərsəyə gəlmiş "Suvarma sisteminin bərpası" layihəsi haqqında da ətraflı danışdı, layihə çərçivəsində iki ay ərzində 12200 m.su kanalının təmizləndiyini diqqətə çatdırdı. İQ sədri öyrənilmiş dərslər və qazanılmış uğurlardan da bəhs etdi.

    AzKİL2-nin Baş mühəndisi Mobil Verdiyev "İkinci Azərbaycan Kənd İnvestisiya Layihələrində Dayanıqlıq və İstismar" mövzusunda təqdimat etdi. O, dayanıqlıq və istisamarın tamamlanmış icma layihələrinin yaxın və uzaq gələcəkdəki durumu, keyfiyyəti, istismara yararlığının vəziyyəti, effektiv istfadə, maksimum faydalanma kimi müddəalara əsaslandığını bildirdi. Bu məqsədlə fəaliyyət göstərən komissiyanın dayanıqlıq, istismara aid bütün məsələləri həll etmək, dayanıqlıq planının hazırlanması, dayanıqlıq fondunun hesablanması, vəsaitin yığılması və xərclənməsində yaxından iştirakda məsulluğundan, dayanıqlığa təsir göstərən amillər, onların mənfi və müsbət xüsusiyyətlərindən sıhbət açdı. M.Verdiyevin dayanıqlıq planı, sosial-iqtisadi inkişaf həfəfləyən dayanıqlıq fondu, fondun yığılması, saxlanması, xərclənməsi, təhlükəsizlik texnikası barədə də ətraflı məlumatı maraq doğurdu.

    Çatdırılan təqdimatların müzakirələrində konfrans iştirakçılarından Saatlı rayonu, Kamallı İQ sədri Əhliman Teymurov, İmişli rayonu Xubyarlı bələdiyyəsinin sədri Mirzağa Seyidov, Biləsuvar rayonu Yuxarı Ağalı bələdiyyəsinin sədri Etibar Əcəmov, Bəydili İQ sədri Mirsahib Zəkiyev, Saatlı rayonu, Hacıqasımlı İQ sədri Mahmud Nəsirov, Şirinbəyli İQ sədri Rüstəm Xəlilov, Ağcabədi rayonu, Hacıbədəlli İQ sədri Hətəm Nağıyev, Sabirabad rayonu, Surra ƏİN Mirhabil Səmədov,Türkədi İQ sədri Rabil Cəfərov çıxış etdilər, təqdimatçılara bəhsigedən mövzuda suallar ünvanladılar.Konfrans qiymətləndirilməsinin ardından tədbir işini başa çatdırdı.

    Bölmələr: main