» main » "İcma Layihələrinin Dayanıqlığı" konfransı (Şimal zonası)

 
 
 

"İcma Layihələrinin Dayanıqlığı" konfransı (Şimal zonası)

Baxılıb: 609

  • Tarix: 19-01-2013, 00:00
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin "İcma layihələrinin dayanıqlığı" silsiləsindən növbəti konfransı 18 yanvar, 2013-cü il tarixdə Şimal zonasının İsmayıllı rayonunda təşkil olundu. Göyçay, Ağsu, Qəbələ, İsmayıllı rayonlarının 20-yə yaxın icmasından 70-dən çox nümayəndənin iştirak etdiyi tədbirin əsas məqsədi icma qurupları və həyata keçirilmiş layihələrin dayanıqlığının təmin olunması, effektiv İstismar Planının hazırlanması üzrə təcrübə mübadiləsinin aparılması, mövcud qüsurların aradan qaldırılması, gələcək perspektivlərin müəyyənləşdirilməsi idi.

    20 yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsinin ardından AzKİL2 Direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova çıxış etdi. Regionlarda infrastruktur layihələri hazırlayıb həyata keçirən, özünün sosial vəziyyətini yaxşılaşdırmaq üçün vaxt, əmək və maliyyə yardımı göstərməyə hazır olan icmaları maliyyə və texniki yardımla təmin edən AzKİL2 -nin icmaların institutisional inkişafı yönündəki fəaliyyəti diqqətə çatdırıldı. İsmayıllı rayon İcra Hakimiyyətinin müavini Rövşən Ağayev hazırda zonada aparılan quruculuq işlərindən, insanların yaxşılaşan rifahından, regionların sosial-iqtisadi inkişafında əvəzsiz xidmətləri olan AzKİL2 ilə qurulan əməkdaşlıqdan danışdı. İnformasiya və Əlaqələr üzrə mütəxəssisi Fərman Həsənov icmalardan daxil olan hər bir məlumat və informasiyaya diqqət və həsasslıqla yanaşıldığını söylədi.

    Şimal zonası üzrə Proqram mütəxəssisi Akif Kərimlinin "AzKİL2-nin əməkdaşlıq etdiyi icmalarda institutsional dayanıqlığın mənzərəsi" mövzusundakı təqdimatında dayanıqlıq anlayşı və onun vacibliyi haqqında məlumat verildi, 2009-2012-ci illlər ərzində 16 rayon (Şimal zonası-13, Düzən-Şirvan zonası-3) icmaları ilə qurulan əməkdaşlıq, həyata keçirilən layihələr, onların dayanıqlıq məsələləri gündəmə gətirildi. İcmalardakı mövcud vəziyyətin müqayisəsi, həyata keçirilən layihələr, icma qrupu, icma otağının hazırki durumunun əyani olaraq slaytlarla nümayiş olunduğu təqdimatda Yengiyan, Göyəm (Zaqatala rayonu) Ərəgit, Topçu, İstisu (İsmayıllı rayonu), Padar (Ağsu rayonu), Hənifə (Balakən rayonu) nümunəvi icmalar kimi təqdim olundu. İcma qrupu və layihənin dayanıqlığı arasındakı vəhdətin vacibliyi vurğulanan təqdimatda əməkdaşlıq edilən icmaların bəzilərində bu balansın qorunmadığı, bəzilərində isə icma otağının və ya məlumat lövhəsinin qaydalara müvafiq olmadığı açıqlandı. Qaraxıdır icmasında aparılan monitorinq və qiymətləndirmə zamanı icma otaqının və xüsusən də məlumat lövhəsinin bərbad vəziyyətdə aşkarlandığı faktı buna örnək göstərildi, icma qrupunun, eləcədə bələdiyyənin sədrinə verilən xəbərdarlıqdan dərhal sonra qüsurların təcili aradan qaldırıldığı bildirdi.(Qaraxıdır İQ-nun məsuliyyəti konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.) Hacıhətəmli (İsmayıllı rayonu) və Almalı (Qax rayonu) icmalarının fəaliyyətində üzə çıxan bəzi qüsurlar, onların aradan qaldırılması yönündəki tədbirlərdən də bəhs edildi və təqdimat "İnsanlara mühit verin onlar xariqələr yaradacaq" anlamlı ifadəsi ilə bitirildi.

    Ağsu rayonu, Padar icmasının İQ üzvü Güllü Quliyeva "Padar icmasında həyat keçirilən layihələrin dayanıqlığı və istismarı" mövzusunda təqdimatı dinlənildi. 1780 nəfər əhaliyə malik Padar icmasının tarixi, ərazisi, əhalisi haqqında məlumat verən G.Quliyeva kənddə əsas məşğuliyyətin heyvandarlıq, əkinçilik olduğunu bildirdi. AzKİL2 ilə əməkdaşlıq çərçivəsində kənddə müvəffəqiyyətlə baş tutan səfərbərlik prosesi, keçirilən təlimlərdən söhbət açan təqdimatçı, icmanın daha öncə daxili imkanlar hesabına icmadaxili yolların cari təmiri, tibb məntəqəsinə avadanlığın alınması, tibb məntəqəsinin həyətində yaşıllaşdırma işləri, suvarma arxlarının bərpası, məktəbin cari təmiri, transformatorların təmiri layihələrinin baş tutduğunu konfransa çatdırdı. AzKİL2-nin maddi dəstəyi ilə həyata keçirilmiş "Yolun bərpası" (4700 m. uzunluğunda yol, 2 su keçidi) və "Tibb məntəqəsinin tikintisi" layihələri, istismari və dayanıqlığı, istismarı zamanı ətfraf mühitə təsiri, öyrənilmiş dərslər haqqında da geniş məlumat verən təqdimatçı İQ üzvlərinin düzgün seçimini, qadınların yüksək səviyyədə iştirakına nail olmağı, etibarlılıq və aşkarlığın tam təminini layihələrin uğurları olaraq qiymətləndirdi.

    Təqdimatdan sonra plenar müzakirələrə yer verildi. Çatdırılan təqdimatların interaktiv müzakirə diskussiyasında konfrans iştirakçılarından Göyçay rayonu, İnçə İQ üzvü, bələdiyyə sədri Oqtay Xəlilov, Qaraxıdır İQ üzvü, bələdiyyə sədri Qurban İbrahimov, İsmayıllı rayonu, Hacıhətəmli İQ sədri Əzizə Ağayeva, Ağsu rayonu, Padar İQ sədri Azər Əliyev, Ağdaş rayonu,Tofiqi İQ üzvü, ƏİN Vaqif Həsrətov, Qəbələ rayonu, Xırxatala İQ sədri İbrahim Zeynalov mülahizə və təklifləri ilə çıxış edib, təqdimatçılara onları maraqlandıran suallar ünvanladılar.

    Keçirilən konfrans qiymətləndirilməsinin ardından G.Qənbərovanın yekun nitqi ilə tədbir sona çatdı.

    Bölmələr: main