» main » İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin qazandığı möhtəşəm uğur

 
 
 

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin qazandığı möhtəşəm uğur

Baxılıb: 447

  • Tarix: 15-12-2012, 22:25
  • Yaxın günlərdə Dünya Bankının Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 ili tamam olması münasibətilə Bakıda tədbir keçirilib. Tədbirdə Dünya Bankının Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verilib, Dünya Bankının son 20 ildə bütün sahələr üzrə ümumi dəyəri 3 milyard 136 milyon dollar kredit ayırmasıyla Azərbaycan iqtisadiyyatının inkişafında qazanılan uğurlarda oynadığı mühüm rolu vurğulanıb. Bildirilib ki, özülü ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu müvəffəqiyyətli əməkdaşlıq illərində Dünya Bankından bütün inkişaf və dəyişiklik istiqamətində strateji dəstək almış Azərbaycan Respublikasında hazırda Dünya Bankı tərəfindən maliyyələşdirilən 20 layihə həyata keçirilir. Mərasimdə bu yüksək qurumun regionda ən böyük tərəfdaşlarından biri olan ölkəmizin qarşısında hələ də iqtisadiyyatın şaxələndirilməsi, neft gəlirlərindən istifadənin səmərəliliyinin artırılması üzrə dayanan vəzifələrdə, Dünya Bankının hər istiqamətdə kömək etməyə hazır olduğu açıqlanıb.

    Məruzələrdən sonra Dünya Bankı (DB) - 20 ildə həyata keçirilən layihələr videoçarxı nümayiş olunub, daha sonra nominasiyalar üzrə hazırlanmış sertifikatlar təqdim edilib.

    Yerli əhali üçün öz yaşayış şəraitlərinin yaxşılaşdırılmasına yönəldilən layihələrdə iştirak etmək imkanının yaradılması nominasiyası üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov, Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Henry Kerali tərəfindən imzalanmış sertifikata və Dünya Bankının xatirə mükafatına layiq görülüb. Qazandığı möhtəşəm uğur münasibətilə İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsini təbrik edir, xeyirxah missiyasının davamında yeni-yeni nailiyyətlər arzulayırıq!

    Bölmələr: main