» main » Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında kredit sazişi imzalanıb

 
 
 

Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında kredit sazişi imzalanıb

Baxılıb: 390

  • Tarix: 19-10-2012, 22:23
  • 19 Oktyabr, 2012-ci il tarixdə Azərbaycan Hökuməti ilə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) arasında İkinci Azərbaycan Kənd İnvestisiya Layihə sinin maliyyələşməsinə dair kredit sazişi imzalanmışdır. Sənədi Azərbaycan Kənd Təsərrüfatı naziri cənab İsmət Abasov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko imzalamışlar.

    Mərasimdə nazir İ.Abasov Larisa Leşçenkonu bu vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, onun fəaliyyəti dövründə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əlaqələrin daha da genişlənərək yüksək səviyyəyə çatacağına ümid etdiyini vurğulamışdır. Nazir ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi inkişafın Cənab Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin bu sferaya göstərdiyi diqqət və qayğı haqqında məlumat vermişdir. İ.Abasov Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin verdiyi səmərənin yüksək qiymətləndirildiyini və ölkəmizdə aqrar sektorun inkişafına böyük təkan verildiyini mərasim iştirakçılarının diqqətinə çatdırmışdır. İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin həyata kecirilməsində məqsədin icma yönümlü kənd infrastukturlarına çıxışı və istifadəni artırmaq və kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirməkdən ibarət olduğunu qeyd edən nazir, bu layihənin “2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”na dəstək xarakteri daşıdığını və müvəffəqiyyətlə başa çatacağına ümidvar olduğunu bildirmışdır.
    Xanım Larisa Leşçenko İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsinin kənd təsərrüfatının, kənd ərazilərinin inkişafına böyük töhfə verəcəyini və 1,5 milyon əhalinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət göstərəcəyini qeyd edərək, fəaliyyəti dövründə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əlaqələrin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini söyləmişdir.

    Bölmələr: main