» main » Xınalıqda İcma Səfərbərliyi Seminarı - Hesabat

 
 
 

Xınalıqda İcma Səfərbərliyi Seminarı - Hesabat

Baxılıb: 570

  • Tarix: 2-09-2012, 22:15
  • Xınalıqda İcma Səfərbərliyi Seminarı - Hesabat
    12-09-2012

    TƏŞƏKKÜRLƏR

    ÖN   SÖZ

      Bu hesabat İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi İdarəetmə Qrupunun İcma Səfərbərçiləri qismində ezam etdiyi: Akif Kərimli, Tünzalə Hacıyeva, Gülanə Quliyeva, Əli Məmmədli, Sabirə Mehdiyeva, Elnarə Qaraxanova və İntizar Verdiyeva tərəfindən Layihənin Şimal Əməliyyatlar zonası, Quba  rayonunun Xınalıq icmasında aparılan beş günlük İştiraklı Kənd Qiymətləndirməsi (İKQ) prosesinin nəticəsidir. Xınalıq sakinləri Çevik İcma Qiymətləndirməsi və Məqsəd Qrupları (qadınlar, gənclər, sənətkarlar və s.) ilə aparılan müzakirələrdə əməkdaşlarımıza yaxından kömək etmiş, öz təşəbbüskarlığı və qonaqpərvərliyi ilə AzKİL əməkdaşlarını heyran etmişlər. Layihənin səfərbərçilər qrupu beş gün bu icmada yaşayaraq fəaliyyət göstərmişdir. Nuh Peyğəmbərdən sonra yaranan ilk insan məskənlərindən biri hesab olunan, dəniz səviyyəsindən 2300 m yüksəkdə yerləşən və qeyri-adi memarlıq nümunəsi ilə dünyanın diqqətini çəkən bu icmada İştiraklı Kənd Qiymətləndirməsi metodu uğurla tətbiq olunmuşdur. Səfərbərlik seminarının keçirilməsi üçün xüsusi yerin təşkil olunması, icmanın xəritəsinin hazırlanması, zaman tarixinin təhlilində, müxtəlif sahələr üzrə icma ehtiyaclarının üzə çıxarılması və vacibliyinə görə sıralanması, İcma Qrupunun (İQ) seçilməsi və strateji planın hazırlanmasında sakinlər böyük həvəs və fəallıqla iştirak etmişlər. Bu icmada keçirilən İKQ seminarında AzKİL 2-nin Direktoru c-b Sübhan Əsgərov iştirak etmişdir.  

    Xınalıq icmasının səfərbər olunmasında AzKİL 2 əməkdaşlarına yaxından kömək göstərdiyi üçün Quba Rayon İcra Hakimiyyətinə, el ağsaqqalı Xalid əmiyə və Xınalıq Bələdiyyəsinə xüsusi təşəkkürlərimizi bildiririk.   

    Gülbəniz Qənbərova

    İcma İnkişafı Meneceri

    İkinci Kənd İnvestisiyaları Layihəsi 

    Bölmələr: main