» main » AzKİL-2 Strateji Planlaşdırma seminarı

 
 
 

AzKİL-2 Strateji Planlaşdırma seminarı

Baxılıb: 551

  • Tarix: 20-07-2012, 22:14
  • İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi 16 - 19 iyul, 2012-ci il tarixdə Qəbələ rayonu ərazisində Strateji Planlaşdırma Seminarı keçirdi. Tədbirin məqsədi AzKİL-2- nin qarşıdakı fəaliyyət strategiyası ilə tanışlıq, yeni qaydalar toplusunun müzakirəsi, əldə olunmuş nailiyyətlər, öyrənilmiş dərslər, inkişaf konsepsiyasının effektivliyi, komanda quruculuğu və informasiya mübadiləsi idi.

    Seminarda Layihənin Direktoru c-b Sübhan Əsgərov başda olmaqla AzKİL-2 nin bütün işçi heyəti iştirak edirdi. Tədbirdə AzKİL-in Cari statusu ilə, eləcə də fəaliyyət dövrü ərzində zonaların icma inkişafı sahəsindəki irəliləyişi, həyata keçirilən layihələr, cari iş prosesi ilə bağlı Fəridə Eminova (Şimal Qərb RƏO), Akif Kərimli (Şimal RƏO), Əbülfət Əhmədov (Naxçıvan MR RƏO) ətraflı məlumat verdilər.

    Seminarda həmçinin AzKİL-2 -nin Maliyyə meneceri Xəyal Zaidov, Monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi Anar Əzimov, Satınalmalar üzrə mütəxəssis Aybəniz Hacıyeva-İsgəndərova və İnformasiya və Əlaqələr üzrə mütəxəssis Fərman Həsənov müvafiq sahələr üzrə təlimlər təşkil etdi. Tədbirə dəvət olunmuş təcrübəli fotomüxbir və pedaqoq Rasim Sadıqov iştirakçılara keyfiyyətli və informativ foto şəkillərin necə əldə olunması barədə məsləhətlər verdi. Seminar eyni zamanda test-viktorina, yumorlu nominasiyalar müsabiqəsi, əyləncəli proqramlar, Balakən rayonunun Qaysa icmasının özfəaliyyət rəqs qrupunun çıxışı, eləcə də Şəki və Balakən rayonlarının tarixi və görməli məkanlarına təşkil olunan səfərlərlə yadda qaldı.

    Seminar çərçivəsində Şəki rayonunun Kiş və İsmayıllı rayonunun Ərəgit icmalarında AzKİL qrantı ilə uğurla həyata keçirilmiş Daş döşəmə yol tikintisi layihələrinin açılş mərasimlıəri də keçirildi.

    Bölmələr: main