» main » Növbəti icma layihələrinin açılış mərasimləri

 
 
 

Növbəti icma layihələrinin açılış mərasimləri

Baxılıb: 582

  • Tarix: 22-12-2011, 22:01
  • 21 dekabr 2011-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi və Azərbaycan Hökuməti ilə Dünya Bankının maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) gerçəkləşdirdiyi növbəti icma layihələrinin açılış mərasimi İsmayıllı rayonunun Mollaisaqlı və Hacıhətəmli icmalarında düzənləndi. Hər iki kənddə həyata keçirilən İçməli su təminatı layihələrindən ümumilikdə 5300 nəfərə yaxın kənd sakinləri faydalanacaqlar.

    Layihənin açılışında Azərbaycan Respublikası Milli Məclisinin üzvü Novruz Aslan, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov, AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, AzKİL Layihə İdarəetmə Qrupunun, Regional Əməliyyatlar Ofisinin, Layihə Köməkçi Heyətinin bir qrup əməkdaşları, kənd ağsaqqalları, icma nümayəndələri iştirak etdilər. Tədbirdə həmçinin bir neçə televiziya kanallarının əməkdaşları təntənəli açılış barədə reportaj yayımlamaq üçün çəkiliş apardılar.

    İştirakçılar öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının bariz nümunəsi olan Azərbaycan Kənd İnvestisiya Layihəsinin müstəsna mövqe və təqdirəlayiq xidmətlərini vurğulayaraq bu layihənin həyata keçirildiyi icma sakinlərini ürəkdən təbrik etdilər. Açılışda iştirak edən hər iki kənd ağsaqqalları AzKİL-in İçməli su təminatı layihələrinin ərsəyə gəlməsində göstərdiyi yardım və xidmətə görə minnətdarlıqlarını bildirdilər.

    Lentin kəsilməsi və layihəyə baxışdan sonra kəndin özfəaliyyət kollektivi maraqlı konsert proqramı ilə çıxış etdi. Mərasimdə iştirak edən televiziya kanalları əməkdaşlarının hazırladıqları reportajlar həmin axşam yayımlandı.

    Bölmələr: main