» main » AzKİL 2- nin EKOLOJİ İDARƏETMƏ PLANI HAZIRLANMIŞDIR

 
 
 

AzKİL 2- nin EKOLOJİ İDARƏETMƏ PLANI HAZIRLANMIŞDIR

Baxılıb: 454

  • Tarix: 7-03-2011, 21:35
  • Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatlar uğurlu nəticələr verməkdədir. Bu baxımdan xüsusi olaraq Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafını qeyd etmək lazımdır. Son illər qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilən proqramlar sırasında Azərbaycan Kənd İnvestisiya Layihəsinin önəmli yeri var.

    2004-cü ilin sentyabrında Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış və dəyəri 21,1 milyon ABŞ dolları olan uzunmüddətli Kredit Sazişi əsasında fəaliyyətə başlayan AzKİL, 2009 -cu ilin aprel ayında bu saziş çərçivəsində ölkənin 21 rayonunu əhatə edən 3 bölgədə əhalinin sosial infrastruktura çıxışının yaxşılaşdırılmasına yönələn 340 layihənin həyat keçirilməsi ilə öz işini tamamlayaraq elə həmin il Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış və dəyəri 25,48 milyon ABŞ dolları olan digər uzunmüddətli, AzKİL Əlavə Maliyyəlşədirmə Kredit Sazişinə əsasən daha yeni 24 rayonda və eləcə də Naxçıvan MR-da işini davam etdirdi. Hazırda Əlavə Maliyyələşdirmə çərçivəsində 160 layihə tamamlanıb və layihənin sonuna, yəni 2012 -ci ilin mart ayına ümumilikdə 250-ə yaxın layihənin tamamlanması nəzərdə tutulur. Layihəni Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi həyata keçirir. Azərbaycan Hökuməti və Dünya Bankı arasında olan razılaşmaya əsasən Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən genişmiqyaslı İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün vəsaitin ayrılması nəzərdə tutulur. Bu vəsaitin Azərbaycan Kənd İnvestisiya Layihəsinin mövcud zonalarına daxil olmayan yeni 11 rayon da əlavə olmaqla ölkənin bütün rayonlarında reallaşması planlaşdırılır.

    Layihəyə əlavə edilmiş yeni ərazilərdə ekoloji cəhətdən həssas obyektlər olduğu üçün (Milli Parklar, Dövlət Qoruqları və s.) icma layihələrinin seçimi barədə qərarvermənin təkmilləşdirilməsi məqsədi ilə İkinci AzKİL Ekoloji İdarəetmə Planı hazırlanmışdır. Bu plan eyni zamanda İkinci AzKİL tərəfindən maliyyələşdiriləcək İcma Layihələrinin ekoloji məsələlərinin həlli üçün çərçivə sənədidir.

    İkinci AzKİL tərəfindən maliyyələşən İcma Layihələri üçün Dünya Bankı tərəfindən tələb olunan Ətraf Mühit Təhlilinin (ƏMT) əhatə dairəsi və intensivliyi təklif olunan İcma Layihələrinin spesifik xüsusiyyətləri ilə təyin edilir. ƏMT icma tərəfindən təklif olunan potensial İcma Layihəsinin müəyyənləşdirilməsi, dizaynı, qiymətləndirilməsi, icrası və icradan sonra qiymətləndirilməsi prosesinin tərkib hissəsidir.

    AzKİL İdarəetmə Qrupunun 10,11 və 16 Mart 2011 tarixlərində İsmayıllı, Gəncə və Naxçıvan şəhərlərində keçirəcəyi Ətraf Mühit Seminarlarında İkinci Kənd İnvestisiya Layihəsinin Ekoloji İdarəetmə Planı iştirakçılara təqdim olunacaq. Seminar iştirakçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Şöbələri, Rayon İcra Hakimiyyətləri, Regional QHT-lər, bələdiyyə, icma və ictimaiyyətin digər nümayəndələrindən ibarət olacaq.

    Bu barədə əlavə məlumat almaq istəyən və hazırlanmış Ekoloji İdarəetmə Planı ilə maraqlanan bütün şəxslər bu sənədi Şabran, Abşeron, Masallı, Lənkəran, Lerik, Astara, Siyəzən, Ağcabədi, Beyləqan, Xızı və Yardımlı rayonlarının İcra Hakimiyyətlərindən və Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 40, Hökumət evi, otaq 804 ünvanda yerləşən AzKİL Layihə İdarəetmə Qrupundan əldə edə bilərlər. İkinci AzKİL Ekoloji İdarəetmə Planı eyni zamanda www.azrip.org; www.mqfxeber.az; www.azerweb.com; http://www.azeco.info/ internet səhifələində və dövri mətbuat səhifələrində işıqlanacaq.

    Bölmələr: main