» main » İşçi Qrupun iclası

 
 
 

İşçi Qrupun iclası

Baxılıb: 498

  • Tarix: 24-07-2010, 21:27
  • 23 iyul, 2010-cu il tarixdə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən icra olunan "Azərbaycan Kənd İnvestisiya Layihəsi"nin Koordinasiya edilməsi üçün yaradılmış Işçi Qrupunun iclası təşkil olundu. İclasda "Ümid" HSSC BP Şimal Layihəsinin Əlaqələndiricisi, İcma İnkişafı üzrə mütəxəssis Səbirə Mehdiyeva, Şimal zonası üzrə RQTK sədri Firdovsi Cavadov Şimal-Qərb zonası üzrə RQTK sədri Qalib Mirzəyev, Naxçıvan MR RQTK sədri Nurəddin Babayev, İqtisadi İnkişaf Nazirliyi, Regional İnkişaf şöbəsinin aparıcı məsləhətçisi Amil Əlili, Kənd Təsərrüfatı Nazirliyi mərkəzi aparatının investisiya, proqram və layihələrin hazırlanması şöbəsinin aparıcı mütəxəssisi Əli Vəliyev, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin kadrlarla iş və təsərrüfat şöbəsinin müdiri İlyas Qasımov iştirak etdilər.Toplantıya AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova, AzKİL LİQ, İcma İnkişafı üzrə assistent Fərman Həsənov,AzKİL-in Monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi Sərdar Hüseynov "Azərbaycan Kənd İnvestisiya Layihəsi"ni təmsilən dəvət olundular.Toplantının gündəliyində icma layihələrinin cari statusu, Dünya Bankının AzKİL üzrə Tapşırıq Qrupunun həyata keçirdiyi missiyaları, yaxın günlərdə AzKİL İdarəetmə Qrupunun təşkilatçılıq dəstəyi ilə keçirilmiş IV Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının fəaliyyəti və digər mühüm məsələlər yer tutdu.
    İclasıda AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş miqyasda aparılan islahatlardan, regionların inkişafına, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə, infrastruktur xidmətlərindən istifadəni yaxşılaşdırmağa yönələn dövlət proqramları arasında AzKİL-in müstəsna mövqeyindən, təqdirəlayiq xidmətlərindən, Layihənin İlkin və Əlavə Maliyyələşdirmə dövrlərindəki fəaliyyətindən geniş söhbət açdı və hazırda 250-yə yaxın icma layihəsinin həyata keçirilməsinin nəzərdə tutulduğunu, 155 icma ilə əməkdaşlıq edildiyini və rüb ərzində 42 icma layihəsinin tamamlanaraq kənd sakinlərinin ixtiyarına verildiyini toplantı iştirakçılarının diqqətinə çatdırdı. Gerçəkləşdirilmiş uğurlu layihələrdən, eləcə də əməkdaşlıq edilən zonalarda icra mərhələsindəki digər layihə, icmalarda həyata keçirilmiş səfərbərlik prosesləri və təlimlərdən danışan Gülbəniz Qənbərova Layihənin əsas komponentlərindən olan Bacarıqların Artırılması komponenti çərcivəsində görülən işlərdən, qazanılmış nailiyyətlərdən bəhs edərək bunun ən bariz örnəyi - 06-14 iyun, 2010-cu il tarixləri əhatəsində Quba-İsmayıllı-Şamaxı-Bərdə-Goranboy-Göygöl-Gədəbəy-Tovuz-Gəncə-Naxçıvan xəttində uğurla baş tutan IV Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının fəaliyyəti haqqında da iştirakçılara məlumat verdi. Dünya Bankının AzKİL üzrə Tapşırıq Qrupunun gerçəkləşdirdiyi nəzarət missiyaları, habelə bu mötəbər qurum çərçivəsində, Avropa və Mərkəzi Asiya regionunda həyata keçirilən yüzlərlə layihə arasından seçilmiş ən layiqli 47 layihə siyahısına daxil edilərək "İnsanların həyatının yaxşılaşdırılması" müsabiqəsində qalibiyyət qazanan 12 layihədən biri olmuş AzKİL-in möhtəşəm zəfərinin şərhləri də AzKİL-in direktor müavini, İcma İnkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərovanın cıxışında diqqət çəkən məqamlardan oldu. AzKİL-in fəaliyyətini əks etdirən xronoloji filmin seyrininin ardından Gülbəniz Qənbərova iştirakçıları maraqlandıran suallara ətraflı və müfəssəl cavablar verdi. Daha sonra iclas, İcma layihələrinin cari statusu barədə verilən məlumatın bəyənilməsi haqqında qərar qəbul etdi və Gülbəniz Qənbərovanın yekun sözü ilə başa çatdı.

    Bölmələr: main