» main » IV Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası

 
 
 

IV Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası

Baxılıb: 402

  • Tarix: 15-06-2010, 21:23
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi "Azərbaycan Kənd İnvestisiya Layihəsi" çərçivəsində həyata keçirilən icma şəbəkələşməsi fəaliyyətini icmaların bacarıqlarının artırılması, mənimsənilməsi, biliklərin yayılması, qazanılmış təcrübələrin bölüşdürülməsi, inteqrasiya, qarşılıqlı yararlanma kimi önəmli məqsədlər əsasında qurur. Qarşıdakı məqsədlərinə nail olmaqla icma şəbəkəsini genişləndirməyi hədəfləyən IV Zonalararası Qarşılıqlı Görüşlər Sessiyası 06 - 14 iyun tarixlərində növbəti işini Quba - İsmayıllı - Şamaxı - Bərdə - Goranboy - Göygöl - Gədəbəy - Tovuz - Gəncə - Naxçıvan xəttində uğurla icra etdi. Burada yaranan dialoqlar, qurulan işgüzar əlaqələr icma layihəsinin uğurla həyata keçirilməsində, icma üzvlərində özünəinam, güvən hissinin daha da yüksəlməsində güclü stimul rolu oynayır.
    Sessiyanın açılış seminarı Quba şəhərində keçirildi. Bundan sonra sessiyanın fəaliyyəti icmalarda çarpaz görüşlər və sahə səfərləri ilə davam etdi. Sessiya iştirakçıları təcrübə mübadiləsi aparmaq, həyata keçirilmiş icma layihələri ilə tanış olmaq və öyrənilmiş dərslərə yiyələnmək üçün Qarşılıqlı Görüşlərin ilk ünvanı- Şimal zonasının Rustov, Hacıhüseynli (Quba) və Quxuroba (Qusar) icmalarına yollandılar. "İcma inkişafında iştiraklılıq", "Problemlərin həllində alternativ seçim", "Layihələrin icrası və istismarı zamanı monitorinq işinin təşkili", sonrakı istiqamət olan Mollaisaqlı, İsmayıllıkənd, Qalaçıq (İsmayıllı) icmalarında "Sosial iştirakın əhəmiyyəti", "Layihə dayanıqlılığı","Texniki icra zamanı qarşıya çıxan problemlər və onların həll yolları", daha sonra isə üz tutulan Şimal-Qərb zonasının Mollalı, Qazaxlar (Bərdə), Qurbanzadə (Goranboy) icmalarında "Ətraf mühit", "Cender iştirakı", "İcma töhfəsi", Kirən (Tovuz), Samanlıq (Gədəbəy), Şəhriyar (Göygöl) icmalarında "Dayanıqlıq fondunun davamlılığı", "Dizayn və texniki icra məsələləri", "İcma layihələrinin iqtisadi analizi" mövzuları ətrafında interaktiv frekans altında müzakirə, sual-cavab diskussiyaları keçirildi, ardından sahə səfərlərində həyata keçirilmış və icra mərhələsində olan layihələrlə tanışlıq oldu. Bu müddət ərzində iştirakçılar Qubada Soyqırım abidəsi, Gəncədə İmamzadə türbəsi, Nizami məqbərəsi, Bərdədə Nüşabə qalası, Torpaq qala, İsmayıllıda H.Əliyev muzeyi və parkı,Yapon parkında oldular, bu gəzinti və ekskursiya səfərlərindən zəngin təəssürat qazandılar.

    Sonra Sessiya işini Naxçıvan MR-da davam etdirdi. İştirakçılar Camaldin (Culfa rayonu), Gənzə (Ordubad rayonu), Yuxarı Yaycı (Şərur rayonu) icmalarında "Strateji planlaşdırma", "İcma təlimləri", "İcma layihələrində gənclərin rolu" mövzuları ətrafında baş tutan müzakirələrdə yaxından iştirak etdilər, icma fəalları ilə mövcud problemlər ətrafında fikir mübadiləsi apardılar, mühəndislik işləri, podratçı təşkilatın seçimi və layihə icrasının monitorinqi, icma töhfələrinin toplanmasına və s. məsələlərə aid suallara cavab aldılar, icma layihələrinin durumu ilə əyani surətdə tanış oldular,daha sonra qədim diyarın tarixi yerlərini-Möminə Xatun məqbərəsini, Nuh Peyğəmbərin məzarlığını, müqəddəs "ƏSHABİ-KƏHF"i ziyarət etdilər, ümummilli liderimiz Heydər Əliyev muzeyi ilə tanış oldular.

    Sonuncu gün sessiya öz işni Yekun Seminarı ilə başa çatdırdı.

    Bölmələr: main