» main » Bacarıqların Artırılması üzrə Regional Konfranslar

 
 
 

Bacarıqların Artırılması üzrə Regional Konfranslar

Baxılıb: 676

  • Tarix: 4-02-2010, 00:00
  • Bacarıqların Artırılması üzrə Regional Konfranslar
    04-02-2010

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin icra etdiyi, Azərbaycan Hökuməti və Dünya Bankının maliyyələşdirdiyi “Azərbaycan Kənd İnvestisiya Layihəsi” əhatə etdiyi Şimal, Şimal-Qərb, Naxçıvan MR iqtisadi zonalarında Bacarıqların artırılması üzrə Regional Konfranslar təşkil etdi. İcma inkişafı sahəsində biliklərin əldə edilməsi, təcrübələrin bölüşdürülməsi, bacarıqların artırılmasını hədəfləyən bu silsilə tədbirlər yüksək fəallıq şəraitində baş tutmuş, uğurla həyata keçirilən ”Icma şəbəkələşməsi” proqramına növbəti layiqli töhfə olmuşdur. AzKIL-lə əməkdaşlıq edən icmaların nümayəndələri bir araya gələrək icma inkişafı sahəsində qazanılan uğur, təcrübə, vərdiş və dərsləri məruzə və təqdimatlarla bölüşüb, icmalarda həyata keçirilən layihələr, texniki icra ərəfəsində mənimsənilmiş təcrübə, öyrənilmiş dərslərdən yararlanmaq, daha müfəssəl bilik əldə etmək üçün qruplar şəklində sessiyalarda iştirak etdilər. Müzakirə, hazırlanan tövsiyyələr, öyrənilmiş dərsləri əhatə edən söhbət və  interaktiv şəraitdə keçən diskussiyalar da toplantıların gündəliyində yer tutan bölmələrdən idi. İlkin  fəaliyyət dövründə AzKİL-in maliyyə dəstəyi ilə həyata keçirilmiş ən uğurlu layihələrin ünvanı olan icmalardan qatılmış liderlərin təqdimatları konfransların maraqlı məqamlarından oldu.Təltif, konfrans qiymətləndirilməsi və bağlanış hissələri AzKİL-in Bacarıqların artırılması üzrə Regional Konfranslar silsiləsindən olan tədbirlərini sona çatdırdı.       

    Bölmələr: main