» main » Yeni fəaliyyət dövrünün ilk layihələri

 
 
 

Yeni fəaliyyət dövrünün ilk layihələri

Baxılıb: 468

  • Tarix: 9-12-2009, 00:00
  • Yeni fəaliyyət dövrünün ilk layihələri
    09-12-2009

    Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin həyata keçirdiyi və Azərbaycan Hökuməti ilə Dünya Bankının  maliyyələşdirdiyi Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL-Əlavə Maliyyələşdirmə) çərçivəsində həyata keçirilən ilk icma layihəsinin açılış mərasimi 07 dekabr 2009-cu il tarixində Tovuz  rayonunun Xatınlı icmasında düzənləndi. Həyata keçirilən “Yolun bərpası” layihəsi 45 gün  müddət ərzində yekunlaşmış, istifadəyə verilən 9100 m.yoldan 3156 nəfərə yaxın kənd əhalisi və dolayısı olaraq  qonşu Qaraxanlı və Qədirli icması da bəhrələnəcəkdir.
    Həmin gün digər açılış mərasimi Tovuz rayonunun Kirən icmasında keçirildi. 25 gün müddətində bərpası başa çatan və Molla Ayrım, Hacıhəsənli, Xınna Kirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqalı və Saladınlı kəndlərini də əhatə edən 8.000 m. yoldan ibarət olan ”Yolun bərpası” layihəsi 3410 nəfərə yaxın insanı faydalandıracaqdır.
    8 dekabrda isə Gədəbəy rayonu Samanlıq icmasının üzvləri öz layihələrinin tamamlanmasını qeyd etdilər. Həyata keçirilən “Yolun bərpası” layihəsi 40 gün müddətində  başa çatmış və bu 10,4 km yoldan Samanlıq kəndinin 1034 nəfərə  yaxın sakini ilə yanaşı Moruxlu, Qoşabulaq, Atabəy, dolayısıyla qonşu Şəmkir rayonunun Tatar, İrmaşlı kəndlərinin əhalisi də daxil olmaqla 3976 nəfər insan  faydalanacaqdır.

    Bölmələr: main