» main » Strateji planlaşdırma seminarı

 
 
 

Strateji planlaşdırma seminarı

Baxılıb: 657

  • Tarix: 19-03-2010, 00:00
  • Strateji planlaşdırma seminarı
    11-10-2009

    Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin həyata keçirdiyi  Azərbaycan Kənd İnvestisiya Layihəsi  Azərbaycan Hökuməti və Dünya Bankı arasında bağlanmış Əlavə Maliyyələşdirmə Sazişinin 12 iyun 2009-cu il tarixindən qüvvəyə minməsindən sonra yeni fəaliyyət dövrünə, ilkin mərhələdə qazandığı nailiyyətlərinin,  respublikada geniş vüsət alan icma hərəkatının düzgün formalaşması, inkişafı və davamlılığının təmini istiqamətində yürütdüyü missiyasının davamına başlamışdır. Bacarıqların Artırılması komponentinin  mühüm və  əhəmiyyətli istiqamətlərindən olan və strateji məsələləri geniş şəkildə əks etdirən Strateji planlaşdırma seminarları silsiləsindən növbəti tədbir 7-10 oktyabr tarixləri arasında Oğuz rayonunda yerləşən "Afra" Hoteldə  baş tutdu.

    Məqsədi AzKİL-in qarşıdakı fəaliyyət strategiyası ilə tanışlıq, yeni qaydalar toplusunun müzakirəsi, əldə olunmuş nailiyyətlər, öyrənilmiş dərslər və inkişaf konsepsiyasının effektivliyi, komanda quruculuğu, informasiya mübadiləsinin təşkil edilməsi kimi məsələləri işıqlandırmaq olan tədbir 7 oktyabrda işinə start verdi.Tədbiri giriş sözü ilə Azərbaycan Kənd İnvestisiya Layihəsinin direktoru Sübhan Əsgərov açaraq AzKİL-in ilkin mərhələdə -2005-2008-ci illəri əhatə edən dövrdə icmalarda yerli infrastruktura investisiya qoymaqla infrastruktur xidmətlərini artırmaq, yoxsulluğu azaltmaq və öz resurslarından yararlanaraq problemləri müəyyənləşdirmək, prioritetləri seçmək və  həyata keçirmək üçün səfərbərlik və təlimlər vasitəsilə əhalinin bacarıqlarının artırılmasını hədəfləyən fəaliyyət proqramının  başarılı yekunundan, qazanılan təqdirəlayiq nəticələrdən söhbət açaraq  strateji planlaşdırma seminarlarının AzKİL-in fəaliyyətindəki önəmli mövqeyi, daşıdığı əhəmiyyət və təsir qüvvəsindən, qarşılıqlı fikir mübadiləsi  yönündə yararlı xidmətindən danışdı. AzKİL-in direktor müavini, İcma inkişafı və Bacarıqların Artırılması üzrə menecer Gülbəniz Qənbərova tədbirin gündəliyi ilə iştirakçıları tanış edərək seminara işində uğurlar arzuladı.

    AzKİL-in Cari statusu bölümündə Kəmalə Ağayeva ( LKH-nin rəhbəri ), Ramin Məmmədov (Şimal Qərb RƏO),  Əbülfət Əhmədov (Naxçıvan MR RƏO) fəaliyyət dövrü ərzində iqtisadi zonaların icma inkişafı sahəsindəki irəliləyişi, inteqrasiyanın geniş imkanlarından yararlanaraq böyüyən  və müstəqil inkişaf yolunda əzmlə addımlayan icmalarda həyata keçirilən layihələr, hazırda icrada olan iş prosesi ilə bağlı məlumat verdilər. AzKİL-in 2005-2008-ci illəri əhatə edən ilkin fəaliyyət dövründəki bütün komponentləri üzrə öyrənilmiş dərslərə istinadən yenilik və dəyişikliklərin, üzləşilən çətinlik və problemlərin çözümü üçün irəli sürülən rəy, təkliflərin təqdimatı, ümumiyyətlə seminarın məramını təşkil edən məsələlər monitorinq və qiymətləndirmə üzrə mütəxəssis Sərdar Hüseynov, İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis  Zaur Vəliyev, Məlumat İdarəetmə Sistemi mütəxəssisi Amir Abdullayev, maliyyə meneceri İlqar İsayev, Şimal Qərb RƏO-nun satınalmalar üzrə işçisi Ramin Məmmədovun  verdikləri təlimlərdə öz əksini tapdı. Seminar iştirakçıları tərəfindən böyük diqqət və maraqla qarşılanan təlimlər diskussiya və müzakirələr, sual-cavab doğurub interaktiv şəraitdə tamamlandı. Seminar gündəlikdə yer tutan “AzKİL haqqında nə bilirsiniz?’’ bölümü, İctimaiyyətlə əlaqələr şöbəsinin, Layihə Köməkçi Heyətinin təqdim etdiyi əyləncəli proqramlar, Naxçıvan RƏO-nun hazırladığı viktorina, habelə qonşu Qax və Balakən rayonlarının tarixi, görməli məkanlarına təşkil olunan səfərlərlə də yadda qaldı. Azərbaycan Kənd İnvestisiya Layihəsinin növbəti Strateji planlaşdırma seminarı işini müvəffəqiyyətlə başa vuraraq hədəflədiyi məqsədinə bu dəfə də nail oldu.      

    Bölmələr: main